CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Aşura günü ilə bağlı məlumat yaydı

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения"
Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
Abunə olmaq
Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçirilməklə müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək

BAKI, 9 sentyabr — Sputnik. Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. 

Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda polis xəstənin həyatını xilas etdi
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdraəsindən məlumat verilib.

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçirilməklə müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Xəbər lenti
0