Velosipedçi, arxiv şəkli

"Ərdoğan sevdalısı" 17 gün yol gedəcək - FOTO

1752
(Yenilənib 20:15 06.09.2019)
"Mənim oraya getməyim sadə bir azərbaycanlının səfəri deyil"

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Zaqatalanın Yolayrıc kəndinin sakini İzəddin Abdullayev uzun illərdən sonra  öz istəyini reallaşdırmaq məqsədilə bu gün doğulduğu kənddən Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə çıxıb. İzəddin bu yolu 16-17 günə velosipedlə qət edərək ölkə prezidenti Rəcəb Tayyib Ədoğanla görüşmək arzusundadır.

İzəddin Abdullayevin anası Humay Abdullayeva Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib ki, oğlu illərdir ki, bu arzuyla yaşayır: "Neçə ildir ki, getmək istəyirdi, mən mane olurdum. Artıq mən də məcbur olub ona xeyir-dua verdim. Allahdan arzulayıram ki, oğlum sağ-salamat gedib, mənzil başına çatsın. İnşallah, onun Ərdoğanla görüşü baş tutar".

Zaqatalanın Yolayrıc kəndinin sakini İzəddin Abdullayev
© Sputnik / Shahperi Abbasova
Zaqatalanın Yolayrıc kəndinin sakini İzəddin Abdullayev

Söhbət əsnasında o da bəlli oldu ki, İzəddin Ərdoğanın televiziya ilə bütün çıxışlarını dinləyir, hətta əsas fikirlərindən bəzilərini əzbərdən bilir. Ona görə də ailədə, eləcə də qohum-əqrəbada onu hər kəs "Ərdoğan sevdalısı" kimi tanıyır. 

Yolun uzunluğu İzəddin Abdullayevi niyyətindən daşındırmır. O, bu görüşü Türkiyə-Azərbaycan dostluğunun bariz nümunəsi hesab edir: "1600 km yol gedəcəyəm. Haradasa o yolu 16-17 günə qət eləməyi düşünürəm. İnşallah, arzuma yetərəm, Tayyib Ərdoğanla görüşərəm. Mənim oraya getməyim sadə bir azərbaycanlının səfəri deyil. Mənim kimi yüzlərlə, minlərlə gənc azərbaycanlı var ki, Tayyib Ərdoğanı sevir, onunla görüşmək istəyir. Mən həmin gənclərin adından gedirəm".

1752
Teqlər:
yol, velosipedçi, Ərdoğan, Türkiyə, Azərbaycan
Əlaqədar
Ərdoğan Türkiyədə təklənir: Dəstəkləyənlər dəstəkləməyənlərə uduzur
Ərdoğandan xəbərdarlıq: Lazımi dəstəyi almasaq, qaçqınlar üçün qapıları açacağıq
Ərdoğan nüvə silahı haqqında: "Mən bunu qəbul etmirəm"
Peşə təmayüllü məkan, arxiv şəkli

Bu şəxslər təhsil almadan peşə təhsili sənədi alacaqlar

0
Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır

BAKI, 6 avqust — Sputnik. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, eləcə də tanınması üçün kimlərin müraciət edə biləcəyi açıqlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi orta təhsili səviyyəsini ən az 4 il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilərlər.

Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır.

Qeyd edək ki, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

0
Arxeoloji qazıntılar, arxiv şəkli

Cəlilabadda yerləşən yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb

7
(Yenilənib 18:17 06.08.2020)
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb.

 

BAKI, 6 avqust — Sputnik. Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən "Qazan köşkü" arxeoloji abidəsinə müdaxilə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıblar.

Qeyd edək ki, hündür təpə üzərində yerləşən "Qazan köşkü" abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb. Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid "Qazan köşkü" müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.

7
Əlaqədar
Hər qarışından tarix boylanan qəsəbə: Orada “Kasıb Piri” və “Əli daşı” kimi möcüzələr var
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Daha möhkəm: Bərpadan sonra İçərişəhərin Qala qapıları necə görünür
Bir zaman Bakını o məşhur etmişdi, indi "borcu" qaytarmaq zamanıdır - FOTO