CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücüləri bezdirmiş yol təmir edilir

© © AAYDA-nin mətbuat xidmətiM1 magistralının 100 km-ə yaxın hissəsi təmir edilir
M1 magistralının 100 km-ə yaxın hissəsi təmir edilir - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir işləri çərçivəsində yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsasında əlavə bərkitmə işləri görülür və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir

BAKI, 6 sentyabr — Sputnik. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun 11-18-ci kilometrlik hissəsinin təmiri işləri aparılır.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, təmir işləri 18-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində, daha dəqiqi Xırdalan dairəsinə qədər olan hissəsində aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun hissə-hissə görülür.

Qeyd edək ki, yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması səbəbindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11–18-ci km-lik hissəsinin təmirinə ehtiyac yaranmışdı.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Ağır yol qəzasında üç nəfər öldü – ADLAR

Təmir işləri çərçivəsində yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsasında əlavə bərkitmə işləri görülür və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edib.

Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.

Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Anoloji təmir-bərpa işləri magistralın Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində də aparılır. İşlər yolun 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa uyğun olaraq, yüksək keyfiyyətlə aparılır.

Xatırladaq ki, ötən il Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ilkin mərhələdə 6-11-ci km-lik hissəsində, daha dəqiqi Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissəsində təmir-tikinti işləri aparılmışdı.

Xəbər lenti
0