CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR

© Sputnik / Ilham MustafayevMetal işləmə ustası Mübariz Əkbərov
Metal işləmə ustası Mübariz Əkbərov  - Sputnik Azərbaycan
Abunə olmaq
Onun əsərləri dünyanın bir çox muzeylərində saxlanılır, dövlət başçılarına hədiyyə olaraq verilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Gəncə şəhərində yaşayan bədii metal işləmə ustası Mübariz Əkbərov yox olmaqda olan sahəni yenidən canlandırıb. O, vaxtilə ölkəmizdə və dünyanın bir çox yerlərində istifadə edilmiş qədim döyüş silahları hazırlayaraq, onlara yeni nəfəs verib. İndiyədək rəssamın bir çox sənət əsərləri dövlət başçılarına hədiyyə verilmək üçün alınıb, beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin müsahibəsində Cənubi Qafqazda belə işlər hazırlayan yeganə sənətkar olduğunu söyləyən M.Əkbərov bu sahəyə təsadüf nəticəsində gəldiyini deyib: “Uşaqlıqdan rəssamlığa həvəsim olub. Rənggarlıq üzrə 4 il məktəb, 4 il peşə və 5 il akademiya oxudum. Rənggarlıqla yanaşı, necə bir sənəti yaşatdığımın fərqinə varmadan həvəskar olaraq bədii metal işləri də görürdüm. Bir gün bu işlərimdən birini böyük rəssam Lətif Kərimov gördü. “Bilmirəm indiyədək nə cızmaqara etmisən, amma bu gündən hər şeyi buraxıb ancaq bunla məşğul olmalısan” dedi. Beləcə istiqamətimi bu sahəyə yönəltdim”.

© Sputnik / Ilham MustafayevUsta Mübariz Əkbərovun hazırladığı bədii metal işləri
Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR - Sputnik Azərbaycan
Usta Mübariz Əkbərovun hazırladığı bədii metal işləri

Peşəkar olaraq bədii metal işləmə sahəsinə keçən rəssam, hazırladığı milli qılınc nümunəsini ilk dəfə bədii şuraya təqdim edəndə, bəlkə də nəticənin necə olacağını heç vaxt təsəvvür etməzdi. Böyük sənətkarların iştirak etdiyi şura elə ilk baxışdaca indiyədək heç bir yerli sərgisi keçirilməyən M.Əkbərova Danimarkada sərgiyə qatılmaq şansı verir. Bundan sonra uğurları ard-arda gələn sənətkarın bir çox ölkədə beynəlxalq sərgisi təşkil edilir. Əsərləri bir çox ölkə başçılarına hədiyyə edilməklə yanaşı, ölkə və dünya muzeylərinə eksponat kimi qoyulub. 2007-ci ildə “Əməkdar rəssam” fəxri adını alıb.

© Sputnik / Ilham MustafayevMübariz Əkbərovun hazırladığı milli qılınc nümunəsi
Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR - Sputnik Azərbaycan
Mübariz Əkbərovun hazırladığı milli qılınc nümunəsi

M.Əkbərov onun əl işləri səviyyəsində olan işlərin Qafqazda, bəzilərini isə heç dünyada kimsənin hazırlaya bilmədiyini deyir. Buna misal olaraq düzəltdiyi xüsusi aparat vasitəsilə ərsəyə gətirdiyi gilas ağacından olan gümüş işləməli qəlyanı göstərib.

Rəssamın ən çox üstünlük verdiyi qədim silah kolleksiyasında isə bütün dünya xalqlarına aid silahlar tapmaq mümkündür. Bu əl işlərinin arasında ərəblərə məxsus "Yamən", Nepala xas olan "Kukri" xəncərləri, fransızların "Şpaqa"sı, ispan və İngilis xanımlarının istifadə etdiyi "Pika" və "Stilet", Amerika hindularının döyüş baltaları, yapon samuraylarının “Katana”sı xüsusi diqqət çəkir. 

© Sputnik / Ilham MustafayevUsta Mübariz Əkbərovun əl işləri
Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR - Sputnik Azərbaycan
Usta Mübariz Əkbərovun əl işləri
Onların əsas özəlliyi üzərilərinin milli ornamentlərlə bəzədilməsidir. Mübariz Əkbərov "Cavadxan" filmində istifadə olunan Gəncə xanının qılıncının da müəllifidir.

Əməkdar rəssam hər bir sənət nümunəsinin hazırlanmasına 8-9 ay vaxt sərf etdiyini deyir. Qiymətlərə gəlincə isə onlar qızıl, gümüş, latun işləmələrindən asılı olaraq 150 manatdan 14 min manat aralığında dəyişir.

© Sputnik / Ilham MustafayevUsta Mübariz Əkbərovun əl işləri
Usta Mübariz Əkbərovun əl işləri - Sputnik Azərbaycan
1/5
Usta Mübariz Əkbərovun əl işləri
© Sputnik / Ilham MustafayevUsta Mübariz Əkbərovun əl işləri
Usta Mübariz Əkbərovun əl işləri - Sputnik Azərbaycan
2/5
Usta Mübariz Əkbərovun əl işləri
© Sputnik / Ilham MustafayevUsta Mübariz Əkbərovun əl işləri
Usta Mübariz Əkbərovun əl işləri - Sputnik Azərbaycan
3/5
Usta Mübariz Əkbərovun əl işləri
© Sputnik / Ilham MustafayevUsta Mübariz Əkbərovun əl işləri
Usta Mübariz Əkbərovun əl işləri - Sputnik Azərbaycan
4/5
Usta Mübariz Əkbərovun əl işləri
© Sputnik / Ilham MustafayevMetal işləmə ustası Mübariz Əkbərov iş başında
Metal işləmə ustası Mübariz Əkbərov iş başında - Sputnik Azərbaycan
5/5
Metal işləmə ustası Mübariz Əkbərov iş başında
1/5
Usta Mübariz Əkbərovun əl işləri
2/5
Usta Mübariz Əkbərovun əl işləri
3/5
Usta Mübariz Əkbərovun əl işləri
4/5
Usta Mübariz Əkbərovun əl işləri
5/5
Metal işləmə ustası Mübariz Əkbərov iş başında

Maraqlıdır ki, bütün bu sənət nümunələri dünyaya 8-ci mərtəbədə yerləşən, 5 kvadrat metrlik darısqal bir eyvanından yayılır. M.Ələkbərova bir sıra xarici ölkələrdən işləmək təklifi gəlsə də, o Gəncədən ayrı yaşaya bilməyəcəyini deyərək imtina edib.

Xəbər lenti
0