Tələbə, arxiv şəkli

Peşə təhsili almaq istəyənlər üçün son gün

6
(Yenilənib 10:31 05.09.2019)
Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər

BAKI, 5 sentyabr — Sputnik. 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi bu gün başa çatır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur. Qeyd edək ki, dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır. Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər.

Sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır.

6
Teqlər:
abituriyent, qəbul, peşə təhsili müəssisələri, peşə təhsili
Bakubus avtobusları, arxiv şəkli

Bakı küçələrində rekord - paytaxtın yarısı təkər üstündədir

2
(Yenilənib 12:14 12.08.2020)
Son statistik məlumatlara əsasən, sərnişin axınında ən maksimal göstərici müşahidə olunur - gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır

BAKI, 12 avqust — Sputnik. Bu gündən163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, burada məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən, sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır.

BNA mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edir və tövsiyə edir ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və yol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir.

2
Əlaqədar
Bakı Nəqliyyat Agentliyindən əhaliyə çağırış üçün daha bir yenilik
Bakıda xəttə buraxılacaq əlavə avtobusların vaxtı açıqlandı
Hər dərdin çarəsi var: Məktəblərdə sıxlıq problemini həll etmək olar, yetər ki başlayaq
Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı tədbir görüləcək
Milanda La Skala Opera teatrının binası, arxiv şəkli

"La-Skala"nın azərbaycanlı opera müğənnisinin nəşi İtaliyada qalıb

5
(Yenilənib 12:29 12.08.2020)
Dünyanın ən aparıcı opera teatrlarından və sənət məbədlərindən hesab edilən "La Skala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə səhnəni paylaşan Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib

BAKI, 12 avqust — Sputnik. Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.

"Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, mərhum 1971-ci il iyunun 28-də Bakıda doğulub. Dünyanın ən aparıcı opera teatrlarından və sənət məbədlərindən hesab edilən "La Skala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə səhnəni paylaşan Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib.

5
Əlaqədar
Xalq artistləri karantin vaxtı Vyanaya konsertə tamaşa etməyə gediblər
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Dahi Bülbülün oğlu dünyasını dəyişdi
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Azərbaycanlı musiqiçi italyan əri ilə birlikdə həmvətənlərinin Avropaya yolunu açır