“TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub

"TurAz Qartalı - 2019" təlimlərinin açılış mərasimi olub - VİDEO

23
(Yenilənib 19:33 03.09.2019)
Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, general-leytenant R.Tahirov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Komandan bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu diqətə çatdıraraq bu təlimlərin hər iki ölkənin ordularının təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.

  • “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    © AR Ministry of Defense
  • “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    © AR Ministry of Defense
  • “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    © AR Ministry of Defense
  • “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    “TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub
    © AR Ministry of Defense
1 / 4
© AR Ministry of Defense
“TurAz Qartalı - 2019” təlimlərinin açılış mərasimi olub

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Hərbi attaşe təlimlərin başlanması ilə əlaqədar iştirakçıları təbrik edib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində onlara uğurlar arzulayıb.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.

23
Teqlər:
taktiki təlimlər, hərbi təlimlər, hərbi helikopter, hərbi təyyarə, təyyarə
Əlaqədar
Döyüş helikopterləri də işə qoşuldu - VİDEO
“F-16”lar Azərbaycan səmasında – VİDEO
 “TOÇKA-U” raketinin buraxılışı, arxiv şəkli

Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb

1
Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması diqqətə çatdırılıb

BAKI, 22 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün bu gün növbəti brifinq verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

1
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Siyəzən, Kürdəmir, Qəbələ, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”
Qəbələnin atəşə tutulması nəticəsində bir nəfər xəsarət alıb
Prezidentin köməkçisi: "Qəbələyə raketlər Qafan və Cermuk bölgələrindən atılıb"
Hikmət Hacıyev Ermənistanın Qəbələ, Kürdəmir və Siyəzənə raket atəşi barədə
Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir raket atəşinə tutulub

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

51
(Yenilənib 19:30 22.10.2020)
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

51
Teqlər:
Prezident İlham Əliyev, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bayraq, Ağbənd qəsəbəsi, sərhəd, İran, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Dövlət başçısı: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
Füzuli, Cəbrayıl və Zəngilanın 20 kəndi və 1 qəsəbəsi azad edildi - İlham Əliyev
İlham Əliyev: "Sülhməramlılarla bağlı həlledici sözü biz deməliyik"
İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"
İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0