Sabunçu rayonunda yeni inşa edilmiş tuneli su basıb

Belə mənzərələrə sakinlər artıq öyrəşiblər - VİDEO

48
(Yenilənib 14:55 03.09.2019)
Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Sosial şəbəkələrdə paytaxta yağan qısamüddətli yağışın fəsadlarını əks etdirən görüntülər yer alıb. Sputnik Azərbaycan-a sosial şəbəkə istifadəçilərinin göndərdiyi fotolara əsasən, paytaxtın Sabunçu rayonunda yeni inşa edilmiş tuneli su basıb. Məlumata görə, Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb. Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər. Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib. 

48