CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar

© Sputnik / Murad OrujovПервоклассник в День знаний в одной из школ Баку
Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün çox yüngül çəkili dərsliklər hazırlanarsa belə, çanta lüzumsuz yerə yükləndikdə şagird yenə ağırlıq problemi ilə üzbəüz qalacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Dərsliklərin çəkisinin yüngülləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Deputat Aydın Mirzəzadə Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunmasını təklif edib.

Milli Məclisin deputatı deyir ki, bu gün şagirdlərin məktəb çantası həqiqətən də ağır olur: "Buna görə də təklif edərdim ki, hər fənn üzrə tədris ili üzrə ayrıca dərslik olmasın. Şagirdlər üçün rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın. Birinci rüb üçün ayrı, ikinci rüb üçün ayrı dərslik olsun. Belə olduqda şagirdlər birinci rübdə ikinci rübə aid olan mövzuların əhatə olunduğu dərslikləri daşımağa məcbur olmazlar, onların dərslikləri də daha yüngül olar".

Sputnik Azərbaycan-ın əməkdaşı bu təklifi reallaşdırmağın nə dərəcədə mümkün olduğunu araşdırıb. Bununla bağlı sorğumuza Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, artıq dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb: 

Продажа учебников в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dərsliklərin şagirdlərə çatdırılacağı vaxt açıqlandı
"Belə ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə kimi istifadəyə veriləcək "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklərin I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub. Əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər irihəcmli dərsliklərin də 2 hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər".

Nazirlikdən həmçinin bildirilib ki, bu gün ölkəmizdə istifadədə olan heç bir dərslik özü-özlüyündə şagird üçün ağır deyil: "Əslində hər bir dərsliyin ayrılıqda çəkisinin nə qədər olmasından deyil, şagirdin qaldıra biləcəyi yükün – çantanın çəkisindən danışmaq daha doğru olardı. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, bu çəki şagirdin ümumi çəkisinin 10%-dən çox olmamalıdır. Bu gün çox yüngül çəkili dərsliklər hazırlanarsa belə, çanta lüzumsuz yerə yükləndikdə şagird yenə ağırlıq problemi ilə üzbəüz qalacaq. Çantanın ağırlığına onun içərisinə dərsliklərdən əlavə, iş dəftərlərinin, müxtəlif test toplularının və digər əlavə tədris resurslarının, çoxlu dəftər və dəftərxana ləvazimatlarının, termosların, məktəbdə yemək üçün qidaların və s. qoyulması da təsir edir.

© © KarikaturaBalaca məktəblinin böyük yükü
Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar - Sputnik Azərbaycan
Balaca məktəblinin böyük yükü

Yeni dərs ilinə yeni kitablarla>>

Çantaya cədvəldə olmayan fənlər üzrə dərslikləri qoymamaq, evdə internetə çıxış imkanı varsa, şagirdlərin kağız dərsliklərini sinif otağında saxlamaqla evdə qadjetlər vasitəsi ilə dərsliklərin onlayn versiyalarından istifadə etmək, kağız formatında olan əlavə tədris resurslarını elektron formatlarla əvəz etmək və s. vasitələrlə şagird çantasının ağırlaşdırılmasının qarşısı alına bilər. Şagird çantasının yüngülləşdirilməsi istiqamətində bütün mümkün yollardan istifadə edilməlidir".

Qeyd edək ki, bu günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də dərsliklərin çəkisinin yüngülləşdirilməsi məsələsinə toxunub. O bildirib ki, keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə edilir:

"Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. Təklif olunur ki, indi dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".

İ.Həbibbəyli qeyd edib ki, hazırda dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlandığından 4 il istifadə edilmək üçün nəzərdə tutulur. Amma təklif edilən yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan sərfəli olmaz".

İ.Həbibbəyli öz növbəsində təklif edilən çap kağızının keyfiyyətindən razı qalmayıb: "Dərsliklərin çapı üçün təklif edilən kağızların dözümü azdır. Onlar dərslik çapı üçün tam yararlı deyil. Bədii kitabların çap olunduğu kağızlar da dərslik üçün yararlı deyil. Ona görə də dərsliklərin çəkisini yüngülləşdirmək üçün variantlar axtarılır".

Xəbər lenti
0