Məktəbli forması, arxiv şəkli

Deputatlar pulsuz məktəbli forması paylayacaq

36
(Yenilənib 15:26 31.08.2019)
Bu il xeyli sayda deputat da öz seçildiyi ərazidəki aztəminatlı ailələrin uşaqlarına məktəbli forması almaq üçün bizə müraciət edib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Aztəminatlı ailələrin uşaqlarına deputatlar tərəfindən pulsuz məktəbli formaları paylanılacaq. Bu barədə məlumatı Sputnik Azərbaycan-a "Bakı Tikiş Evi" ASC-nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib.

O, qeyd edib ki, artıq bəzi deputatların köməkçiləri BTE-ə bununla bağlı müraciət edərək məktəbli formaları alıb: "Hər il biz də məktəbli formalarının aztəminatlı ailələrə verilməsi üçün həmin ailələr tərəfindən müraciətlər daxil olurdu. Bu il Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib. Eyni zamanda bu il xeyli sayda deputat da öz seçildiyi ərazidəki aztəminatlı ailələrin uşaqlarına məktəbli forması almaq üçün bizə müraciət edib. Rayon İcra Hakimiyyətləri də öz ərazilərindəki aztəminatlı ailələrə yardım məqsədilə məktəbli formalarını pulsuz paylayacaq".

36