Pulun əldən ələ verilməsi

Əmək Müfəttişliyi məvaciblə bağlı işəgötürənlərə xəbərdarlıq etdi

60
(Yenilənib 11:57 31.08.2019)
İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

ƏƏSMN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-ə qədər əmək haqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz.

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.

18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

60
Bakı karantinin yumşaldılmasından sonra, arxiv şəkli

Azərbaycanlı professordan xalqa müraciət: "Ən pis ehtimallara hazır olmalıyıq"

0
(Yenilənib 18:42 04.06.2020)
"COVID-19-la effektiv tibbi mübarizə üsulları, peyvəndlər, dərmanlar icad olunana qədər özümüzü və ətrafımızı qorumalıyıq".

BAKI, 4 iyun — Sputnik. “Əziz həmvətənlər! Dünyada böyük narahatlıqlara və dəyişikliklərə səbəb olan yeni koronavirus pandemiyası, məlum olduğu kimi, ölkəmizi də ağuşuna alıb. Son günlər Azərbaycanda virusa yoluxanların sayında sürətli artım müşahidə edilməkdədir. Buna paralel olaraq, ölüm sayı da artmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı gündəlik rəqəmlər ciddi narahatlıq doğurur",

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözlər Demokratik İslahatlar Partiyası və onun sədri, millət vəkili Asim Mollazadənin yeni koronavirus infeksiyasının ölkəmizdə sürətlə yayılması ilə bağlı xalqa müraciətində yer alır.

Asim Mollazadə
Asim Mollazadə

"Məlumdur ki, hətta səhiyyə büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik olan ən inkişaf etmiş ölkələr belə bu epidemiyanın qarşısında aciz duruma düşüblər. Dünyanın ABŞ kimi superdövləti, inkişaf etmiş Avropa ölkələri koronavirusla effektiv mübarizə apara bilmirlər. Hər gün minlərlə insan pandemiyanın qurbanı olur.

Adi laqeydlik, rəsmi çağırışlara, mütəxəssislərin tövsiyələrinə əməl edilməməsi, pandemiyanın ciddiyə alınmaması ölkəmizdə də qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Biz məsuliyyətli olmalı, özümüzü, doğma və yaxınlarımızı, ətrafımızı və ümumilikdə içində yaşadığımız toplumu qorumalıyıq. Bizim adi səhlənkarlığımız, çağırışlara məhəl qoymamağımız özümüzün və doğmalarımızın geri dönüşü olmayan faciəsi ilə nəticələnə bilər. Biz bu virusun ölümdən başqa gələcəkdə insan orqanizmində hansı fəsadları yaradacağını bilmirik. Ona görə də ən pis ehtimallara hazır olmalı, COVID-19-la effektiv tibbi mübarizə üsulları, peyvəndlər, dərmanlar icad olunana qədər özümüzü və ətrafımızı qorumalıyıq", - deyə müraciətdə qeyd olunur.

Millət vəkili həmvətənlərimizdən rəsmi çağırışlara, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə riayət etməyi, bu xəstəliyə laqeyd yanaşmamağı, sanitar-gigiyenik qaydalara əməl etməyi, ciddi zərurət olmadıqca evdən çıxmamağı, adamların sıx toplaşdığı yerlərdən uzaq durmağı, dövlətin koronavirusla mübarizə çərçivəsində gördüyü tədbirlərə mane olmamağı xahiş edib: "İnanmaq istəyirik ki, xalqımız, dövlətimiz bu qlobal bəladan maksimum az itki ilə çıxacaq və öz səyləri nəticəsində ona qalib gəlməyi bacaracaq!”

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
İctimai nəqliyyat iki gün işləməyəcək, şəxsi avtomobillərə qadağa qoyuldu
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın
“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı
Bu, ikinci dalğa deyil, sabahkı icazəni də bayram etməyin - Ramin Bayramlı
Polis əməkdaşı, arxiv şəkli

Əvvəl "qələbə"yə sevinirdilər, tezcə peşman oldular - VİDEO

2
(Yenilənib 18:34 04.06.2020)
Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

BAKI, 4 iyun — Sputnik. Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev Sərvan Kərimov saxlanılmışlar. Buyurun, onların özlərini dinləyək:

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Elə bilirdik bu cəhənnəmdən qurtulmuşuq - Karantinin yumşalması ilə qayıdıb
Ehsan Zahidov metrodakı davaya aydınlıq gətirdi
“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."