Məktəblərdə təmir-tikinti işləri gedir

Bakıda üç məktəb tam olaraq sökülüb

63
(Yenilənib 10:39 31.08.2019)
97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir

BAKI, 31 avqust — Sputnik. Hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur. Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri aparılır.

Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur. 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır. Hazırda həyata keçirilən təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

63
Qadın güzgüyə baxır, arxiv şəkli

Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi

20
(Yenilənib 23:15 10.08.2020)
Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

BAKI, 10 avqust — Sputnik. "Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni Lara keçirdiyi estetik əməliyyatlar nəticəsində tanınmaz hala gəlib.

2000-ci illərdə Türkiyədə məşhurlaşan 41 yaşlı müğənninin xeyli sayda əməliyyat etdirdiyi bildirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

İzləyicilərinin belə tanımaqda çətinlik çəkdiyi Laranın hətta göz rəngini belə əməliyyatla dəyişdirdiyi iddia edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

20
Əlaqədar
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir
Hamilə qadın əməliyyat otağında

Bakıda 58 yaşlı qadının ilk övladı doğuldu

138
(Yenilənib 23:15 10.08.2020)
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb

BAKI, 10 avqust — Sputnik. Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.

Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.

Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.

“Bu fakt – qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.

Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.

Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.

“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi”, - Mustafayeva deyib. 

Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.

Oğulla ananı artıq evə yazıblar.

138
Əlaqədar
Otuz ildən sonra! Artıq körpələr başqa yolla doğulacaq
Səhv düşəndə yerimiz: hamilə qala bilməyən qadın kişi çıxdı
Adın, abrın, pulun və inamın məhv edildiyi məkanlar: onların tənbehini payızda verəcəklər
Azərbaycanlı kişilərə də günəş doğur: xanımınıza görə dincələ bilərsiniz
Həkimlər özləri bilmirlər: süd vermək qərarını analara həvalə etdilər