Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar

Əcdadlarımızın zəngin ənənələri: beş min illik evlərdə manqallar üzə çıxdı

57
(Yenilənib 14:02 30.08.2019)
Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur

BAKI, 30 avqust — Sputnik. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Səfər Aşurovun rəhbərlik etdiyi Şabran arxeoloji ekspedisiyası Şabran rayonu ərazisində yerləşən e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar davam etdirilir.

Sputnik Azərbaycan institutun mətbuat şöbəsinin məlumatına istinadla xəbər verir ki, I Çaqqallıqtəpə abidəsində davam etdirilən tədqiqatlar zamanı yeni tapıntılar aşkar olunub.

Bunlardan üzəri yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içərisində erkən tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara da Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.

Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olunub.

  • Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    © AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidməti
  • Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    © AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidməti
  • Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    © AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidməti
  • Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar
    © AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidməti
1 / 4
© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidməti
Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar

Tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri sırasında çox sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.

Ümumilikdə, qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.

Eyni zamanda qazıntılar zamanı çaxmaq daşından hazırlanmış ox ucluqları da aşkarlanıb. Bu da eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Həmçinin, buradan tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.

57
Teqlər:
Şabran, arxeoloji tapıntı, arxeoloji qazıntı
Əlaqədar
Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif
Arxeoloqlar Qarabağdan qayıtdılar, axır sözü radiasiya mütəxəssisi deyəcək
Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin "üzünü" açdılar
Qazıntılar Damcılının yaşını daha da artırdı
Qaxda Qafqaz Albaniyasının kilsələri "yetim" qalıb, Atillanın izi isə yox olmaqdadır - FOTO
Sitrus bağları

Bakıda sakinlərin illərlə gözlədikləri təbiət hadisəsi Astarada fermerlərin “belini qırıb”

8
(Yenilənib 14:24 09.03.2021)
Təsərrüfatların yenidən əvvəlki vəziyyətinə qayıtması üçün 7-8 il vaxt lazımdır, bu müddət ərzində nə qədər ziyan dəyəcəyini hesablamaq çətindir.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Bir neçə gün əvvəl cənub zonasına yağan qar fəsadsız ötüşməyib. Nəticədə Astara rayonu Şiyəkəran sitrusçularına külli miqdarda ziyan dəyib. Təsərrüfat sahibi Zəibəli Əliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə təsərrüfatında xeyli sayda limon, naringi və portağal ağacları qarın ağırlığına tab gətirməyərək qırılıb: “İki gün səhərə qədər yatmayıb ağacların üstündəki qarı çırpsaq da xeyri olmadı. Təsərrüfatımda 150 ədəd feyxoa ağacı var idi, qar yağandan sonra təxminən 140-a yaxın ağaclar qırılıb, tökülüb. Bu təkcə mənim təsərrüfatımda belə deyil, rayonda başqa sitrus təsərrüfatlarda da vəziyyət eyni cürdür. Qırılan feyxoa ağacları 25 illik ağaclar idi və hər ağacdan 50-60 kiloqram məhsul yığırdıq. Təsəvvür edin, 150 ağac hərəsi 50 kiloqram meyvə verərsə, hər dərimdə bu 7 tondan artıq məhsul deməkdir. Biz həm də bir neçə dəfə məhsul toplaya bilirdik. Təsərrüfatımın yenidən əvvəlki vəziyyətinə qayıtması üçün isə 7-8 il vaxt lazımdır, bu müddət ərzində bizə nə qədər ziyan dəyəcəyini hesablamaq da çətindir”.

  • Sitrus bağları
    © Sputnik / Rahim Murad
  • Sitrus bağları
    © Sputnik / Rahim Murad
  • Hacıhüseyn Qəhrəmanov
    © Sputnik / Rahim Murad
  • Zəibəli Əliyev
    © Sputnik / Rahim Murad
  • Hacıhüseyn Qəhrəmanov
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Sitrus bağları

Digər təsərrüfatçı Hacıhüseyn Qəhrəmanov təsərrüfatında olan sitrus ağaclarının əksəriyyətini 1993-cü ildə əkib: “Bəziləri isə 80-ci illərdə əkilib. Burada 400-ə yaxın sitrus ağacları var, bunların çoxu portağal ağaclarıdır. Sonuncu dəfə qar yağandan sonra elə ən çox portağal ağacları qırılıb-tökülüb. Mən hər portağal ağacından 70-100 kiloqram arası meyvə toplayardım. Ağacların bəziləri budaqlarından, bəzilərinin isə gövdəsindən sınıb. Türkiyədən gətirdiyim portağal ağacı elə sınıb ki, daha yenidən dirçələ bilməyəcək. Digər bağımda da 250-ə yaxın sitrus meyvəsi ağacları var. Orada da ağacların çoxuna ziyan dəyib. Həmin bağ uzaqda olduğundan və yolun çətinliyindən orada ziyan görmüş ağacları hələ gedib bərpa edə bilmirəm. Bu bağda qırılan ağacları, hansıları ki, bərpa etmək olar onları dayaqlar vasitəsi ilə dikəltmişəm. Bəzilərini isə birləşdirib, bağlayıram”.

© Sputnik / Rahim Murad
Sitrus bağları

Şiyəkəran sakini, sitrus təsərrüfatçısı Tacir Qədirzadə də təsərrüfatına dəydiyi ziyandan Sputnik Azərbaycan-a danışdı: “Məlum olduğu kimi Astaramızda çoxlu sitrus bağları var. Yəni, rayon əhalisinin çoxu sitrusçuluqla dolanır. Sonuncu dəfə 2 gün qar yağması nəticəsində qarın ağırlığına tab gətirməyən bir çox sitrus ağacları qırılıb. Mənim təsərrüfatımda ən çox feyxoa, portağal və naringi ağaclarına ziyan dəyib. Yəni, nəzərə alsaq ki, hər ağacdan 50-60 kiloqram məhsul götürülürdüsə, üzümüzə gələn mövsüm məhsul az və baha ola bilər”.

8
Bakıda tutqun hava, arxiv şəkli

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

2
(Yenilənib 14:26 09.03.2021)
Bəzi dağlıq ərazilərdə havanın yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

BAKI, 9 mart — Sputnik. Martın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə havanın yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Martın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

2