CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda baş verən meşə yanğını tam söndürülüb

© Sputnik / Ilham AhmadovOğuzda meşə yanğını
Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazilərdə yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir "BE 200 ÇS" tipli amfibiya təyyarəsi və xeyli sayda canlı qüvvəsi iştirak edib.

BAKI, 29 avqust — Sputnik. Oğuzda baş verən meşə yanğını tam söndürülüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hirkan Milli Parkındakı yanğın necə söndürülür - Sputnik Azərbaycan
VİDEO
Hirkan Milli Parkındakı yanğın necə söndürülür

Məlumatda bildirilir ki, avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Qeyd edək ki, avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi, avqustun 25-də isə Baş Daşağıl kəndi yaxınlığında yüksək dağlıq ərazilərdə meşə zolağında yanğın baş vermişdi. Ərazilərdə yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir "BE 200 ÇS" tipli amfibiya təyyarəsi və xeyli sayda canlı qüvvəsi iştirak edib.

Xəbər lenti
0