Məktəbli, arxiv şəkli

Valideynlərə xəbərdarlıq - bunu məktəbdən gözləməyin

60
(Yenilənib 18:16 28.08.2019)
Uşağın gözü ilə masa (parta) arasındakı məsafə 30-35 sm olmalıdır

BAKI, 28 avqust — Sputnik. "Yeni dərs ili başlayır. Uşaqlara düzgün oturma qaydalarını evdə öyrətmək lazımdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri pediatr Vaqif Qarayev deyib. Pediatrın sözlərinə görə, hər şeyi məktəbin üzərinə yükləmək də doğru deyil: "Xüsusən ibtidai sinif şagirdləri düzgün oturmağı öyrənməlidirlər. Hər şeyi məktəbin (müəllimin) boynuna yükləmək düzgün deyil. Çiyinlər bu və digər tərəfə əyilməməlidir. Dirsəkdən aşağı (said nahiyəsi) hər iki əl masanın (partanın) üzərində olmalıdır. Uşağın gözü ilə masa (parta) arasındakı məsafə 30-35 sm olmalıdır. Yoxsa qamət pozğunluğu qaçılmaz olacaq".

60
Teqlər:
xəbərdarlıq, pediatr, sağlamlıq, məktəbli, məktəb
Əlaqədar
Məktəbli formaları ilə bağlı xəbərdarlıq - Alanda diqqətli olun
Məcburi köçkün məktəblərində təhsil alanların nəzərinə - Vaxt açıqlandı
Dərs ili yaxınlaşır: Yarmarkalar var, amma alıcı hələ gəlmir
Yeni dərs ilinə yeni kitablarla
Mobil telefonlara qeyri-rəsmi qadağa - Nazirlikdən xüsusi icazəyə gərək yoxdur
Bakı metrosu, arxiv şəkli

Bu quruma işçilər lazımdır

26
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "sərnişin platforması üzrə növbətçi" (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.

BAKI, 13 avqust — Sputnik. Sərnişin platforması üzrə növbətçi vəzifəsinə işçi qəbulu elan edilir. Bu barədə "Bakı Metropoliteni" Qapalı SƏhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, ərizə qəbulu cari ilin avqust ayının 31-dək"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "sərnişin platforması üzrə növbətçi" (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.

Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:

- təhsil: ali və ya texniki peşə

- yaş həddi: 30 yaşına qədər

- hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün)

- boy: qadın namizədlər üçün 165 sm və daha uca, kişi namizədlər üçün 170 sm və daha uca.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılaca1qlar.

Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.

Yüksək bal toplayanlar praktiki təlimlərdə iştirak edərək, "sərnişin platforması üzrə növbətçi" (HSPN) vəzifəsinə qəbul ediləcəklər.

İddiaçılar "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron müraciət doldurularkən, iddia etdiyiniz vəzifə kimi "platforma növbətçisi" yazılmalıdır.

Elektron ərizələr 31 avqust 2020-ci il tarixinə qədər qəbul edilir.

26
Piyada, arxiv şəkli

Paytaxtda keçid mədəniyyətində ciddi problemlər var - Günahın bir hissəsi piyadalardadır

403
(Yenilənib 22:05 13.08.2020)
Keçidlərlə bağlı qərar verilərkən gərək həmin ərazilərdə piyada axını, o cümlədən də you dönəcək avtomobillərin də axını ölçülsün və bundan sonra müvafiq qərar verilsin

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Bir müddət öncə Bakıda daha bir yolayrıcının hər dörd tərəfi piyada zolağı ilə nişanlandı. Belə ki, paytaxtın Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrin kəsişməsi 3 tərəfli keçiddən 4 tərəfli keçidə keçirilib. Lakin paytaxtın əksər yollarında keçidlərin 3 tərəfli olması hələ də problem olaraq qalır.

Piyada keçidində qadın, arxiv şəkli
© AFP 2020 / MLADEN ANTONOV

Bu isə o demək idi ki, bir şəxs küçənin digər tərəfinə keçmək üçün yolunu ya 3 qat artırmalı olacaq, ya da özünü riskə atıb elə nəqliyyatın hərəkəti zamanı yolu keçməli olacaq. Bu yollardan yalnız cavanların deyil, fiziki məhdudiyyəti olan şəxslərin, yaşlıların da keçdiyini nəzərə alsaq, o zaman vəziyyətin daha da qəliz oduğunu görə bilərik.

Şəhəri piyadayönümlü etmək və bir çox riskləri qarşılamaq üçün dördtərəfli keçidlərin təşkili vacib amildir. Bu gün dünyanın inkişaf etmiş ölkələri, avtomobilləşmiş şəhərlərində də bu təcrübəni görmək mümkündür.

Yol-nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə bu mövzu ətrafında söhbətləşdik. Ekspert keçidlərin 3 tərəfli olmasının yaratdığı çətinliklərdən söz açıb: "Nizamlanan yol ayrıclarında 4 tərəfdə deyil, yalnız 3 tərəfdə piyada keçidinin olması əsas problemlərdən biri olaraq qalır. Qeyd edim ki, xüsusən də piyadaların sıx hərəkət etdiyi küçələrdə bu amil problemlər yaradır. Çünki yol keçmək üçün heç kəs yolunu 3 dəfə uzatmaq istəmir. Bu isə avtomobillərin hərəkəti zamanı problemə səbəb olur. Belə bir vəziyyət həm piyadalar, həm də sürücülər üçün narahatlıq doğurur. Belə olan halda sürücülər piyadanın yola çıxmasını gözləmirlər. Təbii ki, belə olan halda xoşagəlməz situasiya ortaya çıxır".

Piyada, arxiv şəkli
© Sputnik / Tabyildyi Kadyirbekov

"Keçidlərin təşkili zamanı bu problemə böyük diqqət ayırmaq lazımdır. Lakin etiraf edək ki, bəzi hallarda dördüncü qolda piyada keçidinin olması məqsədəuyğun deyil. Təbii ki, bu zaman da bunu əsaslandırmaq lazımdır", - deyə o əlavə edib.

O bildirib ki, keçidlərlə bağlı qərar verilərkən gərək həmin ərazilərdə piyada axını, o cümlədən də you dönəcək avtomobillərin də axını ölçülsün və bundan sonra müvafiq qərar verilsin: "Yəni, qərarlar verilərkən üstünlüyün yalnız sürücülərə verilməsi düzgün olmaz. Piyadaların da maraqlarının nəzərə alınması və təmin olunması mütləqdir".

403
Muse rok qrupu, arxiv şəkli

Dünyaca məşhur rok qrupu bu dəfə özünü kino sahəsində sınadı

0
(Yenilənib 00:00 14.08.2020)
Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq.

BAKI, 13 avqust — Sputnik. Böyük Britaniyanın ən populyar rok qrupu "Muse" sirli virus haqqında film çəkib. Məşhur qrup yeni filmi rokla elmi fantastikanın sintezi şəklində çəkməyi qərara alıb.

Filmin rejissoru Lens Dreykdir. Süjet xətti isə paranormal hadisələrin mənbəyini öyrənən bir qrup alimin hekayəsinə əsaslanır.

Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq. Daha sonra filmə 21 avqust tarixindən etibarən media platformalarında baxıla bilər.

"Bu layihəni çox uzun müddət hazırladığımız üçün inanılmaz dərəcədə həyəcan keçiririk" - deyə qrup öz instaqram səhifəsində qeyd edib.

Qeyd edək ki, qrup 1994-ci ildən fəaliyyət göstərir. Ötən il baş tutan musiqi turu çərçivəsində qrup dünyanın 28 şəhərində konsert verib. Bu, qrupun ən uzun davam edən musiqi turu olub.

0