Bakı metrosu, arxiv şəkli

Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

33
(Yenilənib 11:07 28.08.2019)
Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq

BAKI, 28 avqust — Sputnik. "Qarabağ" - "Linfild" oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Metrovaqonmaş” ASC-nin istehsalı olan qatar
© Bakı metropoliteninin mətbuat xidməti
Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri görülüb: "Oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur. Yəni oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq. Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb. Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq".

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild" klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

33
Teqlər:
UEFA Avropa Liqası, futbol, "Qarabağ" FK, "Gənclik" stansiyası, Bakı metrosu
Əlaqədar
Metropoliten sərnişinlərinə şad xəbər
Metroda tezliklə iş qrafiki dəyişəcək
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

0
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

0
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

0
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

0

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava