CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlavə təhsil almaq istəyənlər üçün şans

Abunə olmaq
Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər

BAKI, 27 avqust — Sputnik. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzdində Azərbaycan Turizm və Menecment Universiteti 2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
DİM qəbul imtahanının nəticələrini açıqladı

Universitetdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bura turizm və otelçilik, menecment, marketinq, maliyyə, regionşünaslıq (Qafqaz), beynəlxalq münasibətlər, sosial iş, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, nəqliyyat servisi, biznesin idarə edilməsi kimi ixtisaslar daxildir. Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. Əlavə ixtisas almaq istəyənlər təhsil müəssisəsi rəhbərinin adına ərizə, təhsil haqqını ödəmək haqqında təminatlı müqavilə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış, əmək kitabçasından çıxarış, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 4 ədəd fotoşəkil və sair sənədləri təqdim etməlidirlər. Sənədlər 27 avqust -27 sentyabr tarixlərində, həftənin I-V günləri saat 09:00-17:00 arası ATMU-nun əsas korpusunda qəbul edilir. Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul olunur və onlar üçün təhsil müddəti müəyyənləşdirilir. Təhsil Azərbaycan, rus və ingilis dilindədir. Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər. Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Turizm və Menecment Universiteti K.Rəhimov küç. 822/23-cü məhəllə Tel: (+99412) 012 5644233 AZ 1072, Bakı ş. (+99412) 012 5645411 Email: info@atmu.edu.az

Xəbər lenti
0