Sənəddə imza, arxiv şəkli

Bələdiyyə işçilərinə xarici təcrübə öyrədiləcək

31
(Yenilənib 20:12 26.08.2019)
Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrə yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərəcək

BAKI, 26 avqust — Sputnik. Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qanuna təklif edilən 49-1-ci maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda, qanuna təklif olunan 10-1-ci maddə bildirilib ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

31
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 226 nəfər COVID-19-a yoluxub

106
(Yenilənib 17:33 04.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

106
Pulun sayması, arxiv şəkli

Narahatlıq doğuran məsələ aydınlaşdı sosial ödənişlərdə heç bir azalma olmayacaq

10
(Yenilənib 15:44 04.08.2020)
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasda dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur

BAKI, 4 avqust — Sputnik. "Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, məşğulluq tədbirləri uğurla həyata keçirilir. Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək: "Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək. Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq".

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayıb. Növbədənkənar sessiya çərçivəsində bu gün Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasda dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur.

10
Termometr, arxiv şəkli

Pnevmoniya, qrip, zökəm infeksiyalardan qorunmaq üçün ...

0
Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

BAKI, 4 avqust — Sputnik. Ekspertlərin fikrincə, D vitamini sağlamlıq üçün çox əhəmiyyətlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, D vitamini orqanizmin müdafiə sistemi ilə əlaqəlidir.

Həkimlərin fikrincə, D vitamini çatışmazlığı çox zaman qəbul edilməyən və ya stressin, yorğunluğun əlaməti kimi qəbul edilən əlamətlərlə özünü göstərir.

D vitamini çatışmazlığının əsas əlamətlərindən biri sümüklərin ağrıması, oynaqlarda iltihabi proseslərin yaranmasıdır.

Eyni zamanda D vitamni çatışmazlığı zamanı qrip, pnevmoniya, zökəm və digər infeksiyalara yoluxma riski artmış olur.

D vitamni çatışmazlığının digər əlamətləri daimi yorğunluq hissi, depressiv əhval, yaraların gec sağalması, əzələlərdə ağrı, saçın tökülməsi və s. var.

Mütəxəssislərin fikrincə, tələb edilən qədər vitamin almaq çox asandır.

Məsələn, qida rasionuna dəniz məhsulları, göbələk, yumurta və pendir daxil etməklə D vitamini qəbul etmək mümkündür.

Eyni zamanda açıq havada idmanla məşğul olmaq da faydalıdır.

Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

0