Reanimasiya, arxiv şəkli

Boğulma izləri olan hamilə qadın reanimasiyadadır - Rəsmi

24
(Yenilənib 16:41 26.08.2019)
Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib

BAKI, 26 avqust — Sputnik. Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndindən Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb. Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

24
Teqlər:
reanimasiya, Qax, zorakılıq, hamilə qadın
Əlaqədar
Qaxda hamilə qadının döyülməsinin ilginc səbəbi