Ceyhun Bayramov

Bəzi rektorlar nazirin qərarını qulaqardına vururlar

496
(Yenilənib 15:04 26.08.2019)
Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyirlər ki, "Təhsil Nazirliyinin qərarını göstərin"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Təhsil naziri Ceyhun Bayramov bir müddət öncə ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib. Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, bəzi universitet rektorları bu tapşırığa əməl etmək istəmirlər: "Təhsil Nazirliyinin kollegiyası rektorlara tələbələrin təhsil haqqını hissə-hissə ödəməyə imkan yaratmağı tövsiyə etsə də, buna riayət edilmədiyi barədə siqnallar gəlir. İnsanların maddi imkanı olsa, tam şəkildə ödəyərlər. Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyirlər ki, "Təhsil Nazirliyinin qərarını göstərin". Bunu 17 yaşlı vətəndaşdan tələb etmək ayıbdır. Plan yerləriniz 2 qəbul kampaniyası ilə güclə dolub. Hətta tam şəkildə belə dolmayıb. Bu tələbə onsuz da təhsil haqqını ödəyəcək, amma indi tam şəkildə imkanı çatmır. Yarısını indi ödəsin, yarısını da yanvar ayında. Baxıram ki, mənə daxil olan 100-dən çox müraciət bu mövzudadır ki, universitetlər təhsil haqqını hissə-hissə ödənişə imkan vermirlər. Türkiyə universitetlərinin həm təhsil haqqı bizdəkindən dəfələrlə azdır, həm də onlar tələbəyə nəinki 2 dəfəyə, hətta 3 dəfəyə təhsil haqqını ödəmək imkanı verirlər".

496
Teqlər:
qərar, Təhsil Nazirliyi, təhsil naziri, rektor, ali təhsil, tələbə
Əlaqədar
Tələbələr Bakıda kirayə ev tapmırlar - qiymətlər də "günahkar" deyil
Səriştəsiz rektorlarımızın "şikəst biznesi": hər il qırx min inanır, dünya - yox
Nazirdən ödənişli təhsil alan tələbələrlə bağlı tapşırıq gəldi