Məktəbəhazırlıq qrupu

Məktəbə hazırlıq qruplarına sənəd qəbulu başlayır

626
(Yenilənib 10:30 26.08.2019)
Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir

BAKI, 26 avqust — Sputnik. Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin məlumatında deyilir.

Qeyd edilib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.

Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Xüsusən Bakı şəhərində valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər. Bu il bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi haqqında daha ətraflı məlumat veriləcək.

626
Teqlər:
elektron sənəd qəbulu, məktəbəqədər təhsil, hazırlıq, məktəb
Əlaqədar
Məktəbəqədər hazırlıq – valideyinlər nəyə diqqət yetirməlidir
Məktəbəqədər hazırlıqla bağlı yaranmış narazılığa aydınlıq gətirildi

Suqovuşana həyat qayıdır - FOTO

0
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

 

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

 

0
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan
 Müslüm Maqomayev, arxiv şəkli

Ukraynada Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq vokal müsabiqəsi keçiriləcək

7
(Yenilənib 19:33 30.11.2020)
Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər

BAKI, 30 noyabr — Sputnik. Dekabrın 1-dən 4-dək Ukraynanın kurort paytaxtı sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçiriləcək.

 Maqomayev bioqrafik serialından səhnə
© Photo : Первый канал/ Mediaslovo / АМЕДИА/ 2020

Sputnik Azərbaycan xəbər verir ki, bu unikal müsabiqədə həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçılar aşkar ediləcək, onlar Ukraynanın və dünyanın musiqi ictimaiyyətinə təqdim olunacaqlar. Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər. Onun repertuarına daxil olan "Mən göyə baxıram" adlı Ukrayna xalq mahnısı müsabiqədə hökmən ifa edilməlidir.

Müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.

İştirakçılar ilkin mərhələdə qiyabi seçimdən keçiblər. Bu mərhələdə ən çox bal toplayanlar final seçiminə dəvət olunublar.

Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq Müsabiqənin mövcud olduğu illərdə bu yarışda Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan olan vokalçılar iştirak ediblər.

Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə kontrakt üzrə işləyən gənc opera müğənniləri koronavirus karantini səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqədə iştirak edəcəklər. On beş nəfər finalçı arasında "Ölkənin səsi" teleşousunun iştirakçıları və populyar aktyorlar da var.

Epidemiyaya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçiriləcək: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcəklər, tamaşaçılar isə müsabiqəyə onlayn rejimdə qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı "Truskavets-onlayn" saytına həvalə edilib.

Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AzərTac bu müsabiqənin media-tərəfdaşıdır.

7
Teqlər:
Ukrayna, vokal, müsabiqə, Müslüm Maqomayev