Bakının mərkəzində  yol nişanları, arxiv şəkli

Təhlükəsizlik tədbirləri davam edir, mindən artıq yol nişanı yenilənib

8
(Yenilənib 17:13 23.08.2019)
Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusən də ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb

BAKI, 23 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işlərini davam etdirir. BNA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaqdır.

Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Agentliyin mütəxəssisləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib. Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusən də ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.

8