Kənddən Şəhərə satış yarmarkası

Paytaxt sakinlərinə jest: dörd gün yarmarka olacaq

81
(Yenilənib 19:17 22.08.2019)
Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır

BAKI, 22 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi "Kənddən Şəhərə" satış yarmarkası davam edir.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (225 saylı məktəbin qarşısı) yerləşən yarmarka 21-25 avqust tarixləri arasında gündəlik olaraq fəaliyyət göstərəcək.

Belə ki, vətəndaşlarımız mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.

Yarmarkada fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin ediliblər, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçirilir.

Məlumat üçün bildirək ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) keçirilən yarmarka isə şənbə və bazar günləri fəaliyyət göstərir.

81
Teqlər:
meyvə, tərəvəz, kənd təsərrüfatı yarmarkaları, yarmarka
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

6
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

6

Nazirlikdən şaxta ilə bağlı ciddi xəbərdarlıq: Ehtiyac olmadıqda küçəyə əsla çıxmayın!

13
(Yenilənib 22:38 24.02.2021)
Hazırda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir.

BAKI, 24 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir. 

13
İsraildə vəziyyət

İsrail bəzi ölkələri Qüdsdə səfirlik açmaları üçün peyvəndlə şantaj edir?

0
(Yenilənib 00:55 25.02.2021)
"Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür"

BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.

Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.

Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.

Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.

Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Benyamin Netanyahu, Binyamin Netanyahu, Netanyahu, İsrail