Metrovaqonmaş” ASC-nin istehsalı olan qatar

Bakı metrosu Rusiyadan gələn qatarları sınadı

17
(Yenilənib 14:22 22.08.2019)
Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar avqust ayının sonuna kimi Bakıya gətiriləcək

 

BAKI, 22 avqust — Sputnik. Bakı metropoliteni üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.

Sputnik Azərbaycan-a Bakı Metropolitenindən verilən məlumata görə, iyul ayında Bakıya gətirilmiş vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb. 

Metro eskalatoru
© Sputnik / Anar Mustafayev
81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir.

Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvar ayının 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılmışdı.  Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqust ayının sonuna kimi Bakıya gətiriləcək. Sentyabr ayında həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.

17
Teqlər:
qatar, Metropliten, metro
Əlaqədar
Metroya yeni gətirilən qatarın qapıları bağlanmadı
Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır

Nobel prospektində şoka salan qəza - "Toyota" digər maşınları biçib - Fotolar

16
(Yenilənib 20:53 24.01.2021)
Vüsal Ağayevin idarə etməsindən çıxan maşın əvvəl "Toyota", daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
1 / 2
© Photo : APA
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

16
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

21
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

21
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Bakıda havadan pis qoxunun gəlməsinin səbəbi açıqlandı

0
(Yenilənib 21:33 24.01.2021)
Hələ 2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılmalı idi. Amma...

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Bakı şəhərinin bütün kanalizasiya suları Xəzər dənizinə axıdılır. Bulvarda 2 metr diametrində dəmir-beton boru birbaşa Hövsan qəsbəsinə qədər davam edir. Bakıda, yamaclarda və s. olan kanalizasiya suları dənizə yönəldilir".

Bu barədə Sputnik Azərbaycan-a danışan professor Fərzəli Həsənov qeyd edib ki, həmin sular Hövsanda sovetlər dövründə xüsusi üsulla təmizlənirdi:

"Su 1 litrində 1 qram duz qalana qədər təmizlənirdi. Duz deyiləndə bərk hissəciklər nəzərdə tutulur".

Su təmizlənməyib dənizə buraxıldıqda isə bu, insanların sağlamlığı üçün təhlükəli ola bilər.

Mütəxəssis bildirir ki, bəzən dənizkənarından pis qoxunun gəlməsi də bununla əlaqədardır.

Ekoloq Telman Zeynalovun fikrincə, Bayılda da bəzi ərazilərin kanalizasiya suları dənizə axıdılır. Axşam saatlarında bulvarda müşahidə edilən qoxunun səbəbi də budur:

"2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək, dənizə axıdılırdı. Müvafiq sistemə əsasən Bakının kanalizasiya suları Hövsana yönəldilməli, orada isə təmizlənərək, dənizə axıdılmalıdır. Amma bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılırmı? Əsas sual budur".

Kanalizasiya suları ilə bağlı bu və digər suallara cavab tapmaq üçün "Azərsu" ASC–yə müraciət etsək də, suallarımız cavabsız qaldı.

0
Teqlər:
Xəzər dənizi, Bakı, Hövsan Aerasiya Stansiyası, Hövsan qəsəbəsi, Hövsan