MiQ 29 qırıcı təyyarəsi

Pilot Rəşad Atakişiyev ölümündən əvvəl xəsarət alıbmış - Nazirlik açıqladı

1213
(Yenilənib 11:30 22.08.2019)
Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə toqquşub və pilot xəsarət alıb

BAKI, 22 avqust — Sputnik. İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Şəhid pilot Rəşad Atakişiyev
Report
Şəhid pilot Rəşad Atakişiyev

Müdafiə nazirinin əmrinə əsasən, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik.

1213
Teqlər:
qara qutu, hərbi təyyarə, qəza, təyyarə
Əlaqədar
Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb
Azərbaycanda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb
Qəzaya düşən pilotumuzun nəşi Xəzərdən çıxarıldı
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

15
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

15
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

28
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

28
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

34
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

34