CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taleyimizi həll edəcək yenilik – Hər kəsi maraqlandıran sual yaranıb

CC0 / DarkoStojanovic / doctorHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yenilik baş verərsə, bəzi tibb işçilərinin maaşı artacaq, keyfiyyət daha da yüksələcək

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Azərbaycanda 2020-ci ilin yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqi gözlənilir. Artıq bununla bağlı bir sıra məsələlər geniş müzakirə predmetinə çevrilib. Müzakirə olunan məsələlərdən biri də təxirəsalınmaz tibbi yardımların icbari tibbi sığorta çərçivəsində əsas xidmətlər zərfinə daxil edilməsi ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab Azərbaycanla bağlı çıxışında belə bir təklif irəli sürmüşdü.

Sənədin imzalanması - Sputnik Azərbaycan
SƏHİYYƏ
Oqtay Şirəliyev həkimlərlə bağlı əmr imzaladı

Əslində, təcili tibbi yardımla bağlı xidmət artıq icbari tibbi sığortanın bazasına aiddir. Bunun tam olaraq reallaşdırılması üçün 2020-ci ilədək gözləmək lazımdır.

Maraqlıdır, bu baş verərsə, nə kimi dəyişikliklər gözlənilir?

Səhiyyə üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında mövcud durumu şərh edib. O, bildirib ki, icbari tibbi sığortanın ilk əsas komponenti doğuş və təxirəsalınmaz təcili tibbi yardım olmalıdır: "İstənilən halda bu sahələr icbari tibbi sığorta zərfinin komponenti olmalıdır. Çünki doğuş və təcili tibbi yardım xidmət təxirəsalınmaz prosesdir. Təxirəsalınmaz vəziyyətlərdə insanların təcili yardıma ehtiyacı olur. Bundan başqa, Azərbaycanda talassemiya və bəzi vərəm xəstələrinin də ümumi müayinəsi, analizlərinin təşkili məsələsi də mərhələli şəkildə icbari tibbi sığortaya aid edilə bilər. Eyni zamanda, təklif olaraq bəzi əməliyyat xərclərinin həm dövlət, həm də vətəndaş tərəfindən birgə qarşılanmasını da irəli sürmək olar. Əlbəttə, bunun üçün qiymətlər və maaşlar fiksə olunmuş şəkildə olmalıdır".

"Zamanında Türkiyədə də bu model olub. Bu məsələyə vəziyyətə uyğun olaraq yanaşılmalıdır. Çünki Azərbaycanda icbari tibbi sığortaya ayrılan vəsaitlə bütün əhalini təmin edəcək yüksək səviyyəli tibbi xidməti həyata keçirtmək qeyri-real görünür" – deyə ekspert əlavə edib.

A.Qeybullanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqində müəyyən problemlər də ola bilər: "Sığorta ilə bağlı məsələdə məsul olan qurumların açıqlamasından belə görünür ki, bizdə bu məsələdə problemlər olacaq. Belə fikir irəli sürülüb ki, hansı həkim daha çox əməliyyat icra etsə, xəstəsi olsa, o, çox qazanacaq. İcbari tibbi sığortanın konsepsiyasında isə belə bir şey yoxdur. Həkimlər növbə ilə xəstəyə baxmalıdır. Lakin bu məsələ düşündüyümüz kimi yox, Azərbaycan sayağı olsa, o zaman qəbul şöbəsində neqativ hallar baş alıb gedəcək".

Onun sözlərinə görə, icbari tibbi sığortanın yüksək səviyyədə tətbiqi üçün bütün regionlarda kadrlar və təchizat yüksək səviyyədə olmalıdır: "Yəni hansısa əməliyyata görə xəstənin rayondan Bakıya gəlməsinə ehtiyac yaranmamalıdır. Amma təəssüflər olsun ki, hələlik bu problemlər qalır və Azərbaycanda rayonlar, ayrı-ayrı səhiyyə strukturları arasında şəbəkə, sistem yoxdur. Bütün bu problemlərin həll edilməsinə ehtiyac var. Düşünürəm ki, istənilən halda bu iş başlansa, bu problemlər olacaq və zamanla həllini tapacaq".

Kliniki Tibbi Mərkəz - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkmişlərdən xəbər var: Üç xəsarət alan...

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açqılamasında təcili tibbi yardım xidmətinin İcbari Tibbi Sığorta Agentliyinə verilməsinin müsbət tərəflərindən söz açıb: "İcbari tibbi sığortada bu məsələlər nəzərdə tutulub. Hesab edirəm ki, ilk növbədə mütəxəssislər bu məsələni ölçüb-biçərək icbari tibbi sığortanın hansı hallarda həyata keçirilməsinin vətəndaşlar üçün faydalı ola biləcəyini öyrənməlidir. Düşünürəm ki, bu məsələdə Səhiyyə Nazirliyinin təklifləri də nəzərə alınmalıdır". Ümumiyyətlə, sığorta məsələsində operativ addımların atılmasına ehtiyac var. Çünki vətəndaşların yaşayış səviyyəsi aşağı olduqda onlar tibbi müalicə imkanlarını itirmiş olurlar. Biz elə etməliyik ki, onlar da bu sığortadan yararlana bilsinlər".

"İlkin müdaxilənin effektiv, əlçatan və ödənişsiz olması çox vacibdir. Düzdür, bu məsələlər bunadək də olub. Amma əsas məsələ sistemlilik yaratmaqla vətəndaşın vəziyyətini yüngülləşdirməkdir" – deyə F.Mustafa əlavə edib .

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva isə Sputnik Azərbaycan-a açıqlamasında əcnəbi turistlərlə bağlı bir məsələyə toxunub: "İlkin təcili tibbi yardım xidməti icbari tibbi sığorta paketinə daxildir. Burada bütün vəsaitlər dövlət tərəfindən ödəniləcək. Məsələnin ikinci tərəfi isə budur ki, sadəcə yerli vətəndaşlar deyil, ölkəmizə gələn qonaqlar, Azərbaycanda vətəndaşlığı olmayan şəxslər də bu xidmətdən pulsuz yararlana biləcək. Bu isə müsbət addımdır".

"Vəsaitlə bağlı müəyyən müzakirələr gedir. Ortaya çıxacaq bütün məsələlər həllini tapacaq" - deyə millət vəkili bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisi, sığorta məsələləri üzrə ekspert Aqşin Əlizadə belə bir addımın atılmasının yarada biləcəyi nəticələrdən söz açıb: "2020-ci ildən etibarən bütün təcili yardım xidmətləri icbari tibbi sığortayla bağlı zərfə aid edilməlidir. 

Изображение на экране монитора аппарата УЗИ во время обследования беременной женщины, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanlı həkim təkzib etdi: “USM zərərli deyil”
Yaxud da bunun üçün ayrıca olaraq agentlik tərəfindən təcili yardım xidməti ilə bağlı yeni sistem qurulmalıdır. Lakin düşünürəm ki, bu üsul heç də effektiv hesab olunmayacaq. Güman ki, təcili tibbi yardım xidməti İcbari Tibbi Sığorta Agentliyinə veriləcək".

"Bu məsələnin müsbət tərəfləri ondan ibarətdir ki, təcili tibbi yardım xidməti agentliyə verilərsə, bu zaman orada çalışanların da əmək haqlarında dəyişiklik olacaq. Nəticədə keyfiyyətlə bağlı dəyişikliklərə nail olunması və maddi texniki bazanın inkişaf etdirilməsi üçün işlər görüləcək" - deyə mütəxəssis əlavə edib.

A.Əlizadə deyir ki, bütün bu kimi xidmətlərin bir agentlikdə cəmləşməsi onlar arasında əlaqələrin qurulması üçün müsbət töhfələr verəcək. Bu zaman isə keyfiyyətin yüksəldilməsi və xərclərin azaldılması məsələsi agentliyin diqqətində olacaq.

Xəbər lenti
0