CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər - rəqəmlər

CC0 / JESHOOTS-com / AirportAeroport, arxiv şəkli
Aeroport, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
7 ayda Azərbaycana 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, gələnlərin sayında daha çox artım isə Misirin payına düşür

BAKI, 20 avqust — Sputnik. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ситуация на курортах Турции в связи со спадом туристического потока из России - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha turistlərə kələk gələ bilməyəcəklər - Ciddi yenilik olacaq

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.

Azərbaycan turistlər üçün yeni marşrut tapdı - "Zeytun ağacları">>

Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8 faizi dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanı turizm sahəsində aparıcı ölkələrdən birinə çevirmək olar

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiyaya, 11 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə gedib. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiyaya gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər lenti
0