Süd

Məktəblilər südlə təmin olunacaq Yeni layihə

28
(Yenilənib 00:36 20.08.2019)
Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir

BAKI, 20 avqust — Sputnik. Gələcək nəsillərin sağlam böyüməsini, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən ən vacib amil onların düzgün qidalanması ilə bağlıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə "Sağlamlıq üçün süd için" adlı yeni pilot layihəyə start verəcək.

Layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulub. İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq. Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcək.

Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Ülvi amala xidmət edən "Sağlamlıq üçün süd için" adlı layihədə iştirak etmək istəyən sahibkarlar AQTA-nın Sahibkarlarla iş şöbəsinə müraciət edə bilərlər. Əlaqə vasitələri: Tel.: (012) 377 00 77 (177), e-mail: info@afsa.gov.az

28

Biz sizi sevirik: amerikalı polis Kaliforniyada etirazçılar qabağında diz çökdü VİDEO

1
(Yenilənib 16:44 03.06.2020)
ABŞ-da, Minneapolis şəhərində, 46 yaşlı afroamerikalı Corc Floydun ölümündən sonra ölkənin bir çox iri şəhərini etiraz aksiyaları bürüyüb.

Floydün ölümünə isə polis işçisi səbəb olub. Kaliforniyada bir neçə polis nümayəndəsi etiraz edənlərin yanına çıxıb və onlara müraciət edib. Onlardan biri isə hətta diz üzərinə çöküb nümayiş iştirakçılarından birini qucaqlayıb. Daha ətraflı videomuzda izləyin.

1
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

4
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

4