BAKI, 19 avqust — Sputnik. Son zamanlar bəzi xəbər saytlarında "Müsavat" rəhbərliyinin "Sirab" şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılıb. Bu xəbərlərin meydana çıxmasına səbəb isə Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən "Youtube" kanalında yayımlanmış bir videodur. Həmçinin, qeyd edək ki, xəbərlərdə Babək "Sirab" ASC-yə məxsus "Sirab" mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanıb.
Şirkətin idarə heyətinin sədri Namiq Novruzov Sputnik Azərbaycan-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, jurnalistin açıqlamasında Babək "Sirab" ASC-dən deyil, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən "Sirab Europa Gmhb" adlı bir şirkətdən bəhs edilir.
O, əlavə edib ki, Avropada qeydiyyatdan keçmiş həmin şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən şirkətlə heç bir əlaqəsi yoxdur.
"Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı bizimlə heç bir dəqiqləşdirmə aparmadan şirkətimizə məxsus mineral suların foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlayıb. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri-peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Bizim şirkətimizə yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik" – deyə N. Novruzov vurğulayıb.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.