Manat və qandal

Şirkət rəhbərlərinə xəbərdarlıq - tək cərimə ilə bitməyəcək

304
(Yenilənib 16:40 17.08.2019)
Əmək müqaviləsiz işlədilən hər işçi üçün 6000 manat cərimə tətbiq olunacaq

BAKI, 17 avqust — Sputnik. 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilirlər. Qeyd olunub ki, əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur.

Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması diqqətçəkən məqamlardandır. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6000 manat cərimə tətbiq olunacaq. Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergiödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Həmçinin diqqətə çatdırılıb ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

304
Teqlər:
azadlıqdan məhrum edilmə, cəza, cərimə, Vergilər Nazirliyi, əmək müqaviləsi, müqavilə, şirkət, işçi
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Azərbaycanlı qardaşlarımızın sayəsində Qarabağ səmasını ay-ulduz bəzəyir - Ərdoğan

1
(Yenilənib 19:25 05.12.2020)
"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi"

BAKI, 5 dekabr - Sputnik. "Ermənilər Azərbaycan torpaqlarına hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın imdadına yetişdik. Qarslılar bu erməniləri çox yaxşı tanıyırlar. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız və dil birliyimizin tələb etdiklərini gerçəkləşdirərək Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan Azərbaycan torpaqlarının azadlığına qovuşmasında bir zəhmətimiz oldu. Azərbaycanlı qardaşlarımızın mücadiləsi nəticəsində, həmd olsun, Qarabağ səmalarını əskilər deyil, ay-ulduzlu bayraqlar bəzəyir".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı ilə qatıldığı Sarıkamış-Karakurt-Xorasan yolunun açılış mərasimində söyləyib. 

"Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasıyla qardaşlarımızla birbaşa quru yolu əlaqəsi quracağıq", - deyən Ərdoğan əlavə edib ki, bu işdən ən çox faydanı da Qars görəcək. 

30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarına yenidən qovuşmasının haqlı sevincini yaşadığını vurğulayan Ərdoğan deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır. 

"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi mülki əhalini, yaşayış məntəqələrini hədəf alaraq deyil, legitimlik çərçivəsində gerçəkləşdirdi. Bu durumda bir gün əvvəl Minsk qrupu həmsədrlərindən olan Fransanın parlamentinin müzakirə elədiyi qətnamə qalmaqaldan da betər bir faciədir", - deyə Türkiyə lideri bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin: "Fransa, əgər erməniləri bu qədər çox sevirsə, özünün Marsel şəhərini onlara verə bilər" sözlərini xatırladan Ərdoğan heç bir dövlətin digərinin suverenliyinə bu dərəcədə alçaqcasına hücum etməsinin qəbul edilməyəcəyini söyləyib. 

1
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Qars, Türkiyə, Azərbaycan, Qarabağ
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik