Azəriqaz İB

"Azəriqaz" fikrindən daşındı

27
(Yenilənib 12:39 17.08.2019)
Təmir işi texniki səbəblərdən təxirə salınıb

 

BAKI, 17 avqust — Sputnik. Üç rayonun qaz təchizatında məhdudiyyət olmayacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb.

Yəni hər hansı məhdudiyyət olmayacaq.

27
Teqlər:
"Azəriqaz", qaz təchizatı, qaz xətti, qaz
Əlaqədar
Bu rayonların qaz təchizatı iki gün müddətinə dayandırılır
 Həkim, arxiv şəkli

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu

3
"Әzizlәrim, heç kim sığortalanmayıb - nә gәnci, nә yaşlısı, nә hәkimi, nә hakimi, nә sıravi vәtәndaşı. Özünüzü qoruyun"

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda daha bir həkim, pulmonoloq ixtisaslı Günay Əliyeva COVID-19-a yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə həkim-infeksionist Natiq Əliyev Facebook hesabında yazıb.

"Şәkildә gördüyünüz hәkim yoldaşımız Dr. Günay Әliyeva (hәkim-pulmonoloq) COVID-19-un ilk günlәrindәn mübarizәyә başlayan insanlardandır. Astara, Qobustan, daha sonra Bakıda bәrabәr COVID-mәrkәzdә 3 aya yaxındır ki, mübarizә edirdik. Amma tәəssüf ki, koronavirus ondan da yan keçmәdi vә COVID-19 testi pozitivdir", - N.Əliyev yazıb.

"Dünәnә qәdәr bu palatalarda bizlә çiyin-çiyinә gecә-gündüz demәdәn xәstәlәrin dәrdlәrinә qaçan Günay bu gün xәstә statusundadır.

Әzizlәrim, heç kim sığortalanmayıb - nә gәnci, nә yaşlısı, nә hәkimi, nә hakimi, nә sıravi vәtәndaşı. Özünüzü qoruyun, - yazan həkim mübarizə yoldaşına tezliklə sağalmağı arzulayıb. - Doktorum, tez sağal, aramıza qayıt, hәlә hәngamәlәr bundan sonra başlayır, bizi, komandanı belә buraxmaq olmaz".

3
Əlaqədar
Əl çalmaqla qarın doymur və ya pandemiyadan sonra bizə kim baxacaq?
Koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödənildi? - Agentlik açıqlama verdi
Ön cəbhədə olan həkimimiz koronavirusdan sağaldı
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü
Andrey Şevçenko, arxiv şəkli

Həm Avropa, həm Dünya çempionatını yola verəcək

2
(Yenilənib 20:40 06.06.2020)
Şevçenkonun milli ilə müqaviləsi “Avro-2020”nin sonuna qədər idi. Amma koronavirus pandemiyasına görə yarış gələn ilə keçirilib

BAKI, 6 iyun — Sputnik. Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qərar qurumun sabah Lvovda keçiriləcək konqresi zamanı veriləcək. Artıq müqavilənin detalları da məlum olub. Yeni müqavilə qarşıdakı 2,5 illik dövrü əhatə edəcək. Şevçenko ilə müqavilə Qətərdə keçiriləcək DÇ-2022-nin (21 noyabr – 18 dekabr) sonuna qədər qüvvədə olacaq.

Qeyd edək ki, Şevçenkonun milli ilə müqaviləsi “Avro-2020”nin sonuna qədər idi. Amma koronavirus pandemiyasına görə yarış gələn ilə keçirilib.

2
Əlaqədar
Qaydalara riayət etmədi - ağır cəza aldı
Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı – VİDEO
Koronavirus "Kral klubu"nun əl-ayağını bağladı
İranda epdimioloji vəziyyət

İranda bir gündə 75 nəfər koronavirusdan öldü

0
(Yenilənib 20:51 06.06.2020)
İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur qeyd edib ki, virusa yoluxan 169 425 şəxsdən 132 038 nəfəri sağalıb.

BAKI, 6 iyun — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2 269 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 2 269 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 169 425-ə çatıb. Bir gün ərzində 75 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8209-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 169 425 şəxsdən 132 038 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu keçib, 397 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Koronavirusa yoluxanların sayı durmadan artır
ÜST-ün nümayəndəsindən koronavirusla bağlı bədbin proqnoz