Müdafiə naziri, general-polkovnik Zakir Həsənov

Zakir Həsənov Moskvada

38
(Yenilənib 10:36 17.08.2019)
Müdafiə naziri, həmçinin "Tank biatlonu" müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək

BAKI, 17 avqust — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Müdafiə naziri, həmçinin "Tank biatlonu" müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarus və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

38
Teqlər:
tank biatlonu, Azərbaycan, Rusiya, müdafiə naziri, ordu, hərbi
Əlaqədar
Var millətimin imzası imzalar içində - Biz qalibik
Azərbaycan hərbçiləri "Tank biatlonu"nun finalına bir pillə də yaxınlaşdılar - FOTO, VİDEO
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

11
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

11
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı
Xocalı qurbanlarının anım mərasimi, arxiv şəkli

"Xocalı fəryadı" ingiliscə səsləndi - VİDEO

10
Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan "Xocalı fəryadı" adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

"Xocalı fəryadı" layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

10
Teqlər:
video, Xocalı soyqırımı