CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır

© © BNA-nin mətbuat xidmətiBNA metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib
BNA metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbayvan

BAKI, 16 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib. BNA-nın metro çıxışlarında qanunsuz parklanmaya qarşı tədbirləri dayanacaqlarda avtobusların rahat hərəkətinə imkan yaradıb. BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metronun "Gənclik", "20 Yanvar", "Neftçilər" stansiyaları çıxışlarının ətrafı, eləcə də Moskva prospektində (Şamaxinka adlanan ərazi - Sumqayıt istiqamətində) avtobus dayanacaq məntəqələrində qanunsuz parklanmaya qarşı tədbirlər davam edir: "Bunun nəticəsidir ki, qeyd edilən dayanacaq məntəqələrində iş günü səhər və axşam pik saatlarda nəqliyyat vasitələrinin normal axını müşahidə edilir. Müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib".

© © BNA-nin mətbuat xidmətiBNA metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib
Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır - Sputnik Azərbaycan
BNA metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib

Qeyd edək ki, BNA-nın qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri sərnişinlər tərəfindən də rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə metrostansiyaların çıxışlarının qanunsuz parklanma zamanı və hazırkı vəziyyətini əks etdirən müqayisəli görüntülər paylaşılıb.

Xəbər lenti
0