Təhsil Nazirliyi

Azərbaycanlılar Türkiyədə saxta attestatı necə həqiqi diploma çevirirlər

2040
(Yenilənib 20:02 16.08.2019)
Təhsil Nazirliyi diplomu tanıyarkən müracət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır

BAKI, 16 avqust — Sputnik. "Azərbaycandan xaricdə təhsil alan gənclər arasında orta təhsili bitirib attestat almayanlar da var. Onlar saxta attestatla xaricdə gedib təhsil alırlar". Bu sözləri Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov bildirib:

"Hər il ölkəmizdə keçirilən buraxılış və qəbul imtahanlarından sonra yetərli bal toplaya bilməyib ali məktəbə qəbul ola bilməyənlər xarici ölkələrə üz tuturlar. Vətənimizin gənclərinin təhsil almaq üçün gəldiyi ölkələrdən biri də qardaş Türkiyədir. Hardasa 15 minə yaxın soydaşımız bura təhsil ardınca gəlib. Bu onların hüququdur. Amma məsələnin digər tərəfi var. Bildiyimiz kimi, ölkəmizdə şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma müəyyən qədər attestatı ala bilməyənlər olur. Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tutur və 4 il sonra diplom alıb gəlib ölkədə bu diplomu tanıtdırırlar. Təsəvvür edin ki, orta məktəbi bitirməyən ali təhsil diplomu ilə gəlir. Ona görə də Təhsil Nazirliyi diplomu tanıyarkən müracət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır. Türkiyə universitetləri bizim gənclərin saxta sənəd, imtahan nəticəsi təqdim etməsindən beziblər".

2040