CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazilərdə evlər və obyektlər söküləcək - Yarımstansiya tikiləcək

© Sputnik / Murad OrujovСнос домов на Советской, фото из архива
Снос домов на Советской, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Tovuz rayonunun Çataq kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayonlarda evlərin qiyməti niyə beş yüz minə yaxındır? - RƏQƏMLƏR, SƏBƏBLƏR

Qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartıazaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qərar yeni verilib. Yarımstansiyanın inşası üçün torpaq sahəsinin alınmasında səlahiyyətli qurum "Bakı Metropoliteni" QSC müəyyən edilib: "Bu qərarla bağlı qanunvericiliyə uyğun şəkildə lazımi tədbirlər görüləcəkdir. Ərazi "Nizami" metrostansiyası yaxınlığında yerləşir. Orada yaşayış binaları var.

Xəbər lenti
0