CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözdən əlil abituriyentlər üçün ayrılan yerlər açıqlanıb

© AFP 2023 / ARMIN WEIGELGözdən əlil kitab oxuyarkən
Gözdən əlil kitab oxuyarkən - Sputnik Azərbaycan
Abunə olmaq
1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır

BAKI, 15 avqust — Sputnik. Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər sənədləri 2019-cu il avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər. Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Xəbər lenti
0