CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artilleriya və minaatan bölmələri həyəcan siqnalı ilə qaldırıldı - VİDEO

© AR Ministry of DefenseƏlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri yoxlanılıb
Əlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri yoxlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib

BAKI, 14 avqust — Sputnik. Əlahiddə Ümumqoşun Orduda birinci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb. Yoxlama zamanı "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər.

Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Xəbər lenti
0