Yeni sərnişin avtobusları

Sürücülərə çağırış: "Bayramda ailələrin həyatıyla oynamayın"

36
(Yenilənib 13:27 13.08.2019)
Bayram günlərində vətəndaşlarımız ən çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara,  Quba, Qusar, Şəki və Mingəçevirə üz tutublar

BAKI, 13 avqust — Sputnik. Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.

Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib.  5 gün ərzində regionlarımızdan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb.

BBAK bununla bağlı sürücülərə çağırış edib.

"Bu gün, avqustun 13-də regionlarımızdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlərimiz üçün əlavə ehtiyat avtobusların ayrıldığını nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik! İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, siz təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz. Bayramı xətasız-bəlasız yekunlaşdırmaq ümidi ilə, yolunuz açıq olsun!" - deyə çağırışda bildirilir.

Qurban bayramı ilə əlaqədar olaraq, BBAK avqustun 7-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışır. Avqustun 8-də  şəhərlərarası və beynəlxalq istiqamətlərə ümumilikdə 10 285 sərnişin daşınıb.  Ən çox sərnişin axını 10 və 11 avqust tarixlərində olub. Avqustun 10-da 15 300, 11-də isə 13 400 sərnişin öz səfərini təmin edib. Şəhərlərarası reyslərdə sərnişin sıxlığı daha çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara,  Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərinə, beynəlxalq reyslərdə  isə ən çox sərnişin axını İstanbul, Batumi, Naxçıvan və Moskva şəhərlərinə olub.

Bu günə qədər ümumilikdə 62 000-dən çox sərnişin BBAK-dan yola salınıb.

36
Teqlər:
Bakı Beynəlxalq Avtovağzalı, bayram, sərnişindaşıma, sərnişin, avtobus
Əlaqədar
Bazar səhəri qana boyandı: iki avtobusla minik maşını toqquşub, xeyli yaralı var
Qatara bilet yoxdur - Bütün imkanlar səfərbər olunub
Peşə təmayüllü məkan, arxiv şəkli

Bu şəxslər təhsil almadan peşə təhsili sənədi alacaqlar

0
Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır

BAKI, 6 avqust — Sputnik. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, eləcə də tanınması üçün kimlərin müraciət edə biləcəyi açıqlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi orta təhsili səviyyəsini ən az 4 il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilərlər.

Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır.

Qeyd edək ki, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

0
Arxeoloji qazıntılar, arxiv şəkli

Cəlilabadda yerləşən yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb

7
(Yenilənib 18:17 06.08.2020)
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb.

 

BAKI, 6 avqust — Sputnik. Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən "Qazan köşkü" arxeoloji abidəsinə müdaxilə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıblar.

Qeyd edək ki, hündür təpə üzərində yerləşən "Qazan köşkü" abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb. Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid "Qazan köşkü" müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.

7
Əlaqədar
Hər qarışından tarix boylanan qəsəbə: Orada “Kasıb Piri” və “Əli daşı” kimi möcüzələr var
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Daha möhkəm: Bərpadan sonra İçərişəhərin Qala qapıları necə görünür
Bir zaman Bakını o məşhur etmişdi, indi "borcu" qaytarmaq zamanıdır - FOTO