Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb

Azərbaycan hərbçiləri "Tank biatlonu"nun finalına bir pillə yaxınlaşdılar - FOTO, VİDEO

88
(Yenilənib 14:55 11.08.2019)
Əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər

BAKI, 11 avqust — Sputnik. Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıblar.

  • Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb
    Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb
    © AR Ministry of Defense
  • Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb
    Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb
    © AR Ministry of Defense
  • Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb
    Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb
    © AR Ministry of Defense
1 / 3
© AR Ministry of Defense
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Yarışın nəticələrinə əsasən, estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.

Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.

88
Teqlər:
Rusiya, Azərbaycan, tank biatlonu, tank, hərbi
Əlaqədar
Azərbaycan tankları V "Beynəlxalq Ordu Oyunları-2019"da
"Ordu Oyunları-2019" - tankçılarımız balkan hərbçilərə "dərs keçdilər"
Hərbçilərimiz "Tank biatlonu" müsabiqəsinin yarımfinalına yüksəliblər
Bakı küçələrində dilənçi

Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO

5
(Yenilənib 16:14 04.06.2020)
Dilənçi qadın pulu ovcunda saxladığı dəsmala qoymağı xahiş edir. Düşünür ki, belə etməklə özünü koronavirusdan qoruya biləcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Bir müddət əvvəl Yevlax rayonunda qaraçıların yaşadığı ərazi koronavirus pandemiyasına görə karantin bölgəsi elan edildi. Əraziyə giriş-çıxış bağlandı. Hətta Sputnik Azərbaycan bölgədən reportaj hazırlamaq istəsə belə, buna imkan verilmədi.

Ancaq bu gün paytaxtın küçələrində kifayət qədər qaraçı-dilənçilər var. İşıqforda avtomobili saxlamağını görürsən ki, müxtəlif yaşlarda olan dilənçilər yaxınlaşıb, yardım etməyini istəyirlər.

Əgər əvvəllər bu işi daha çox uşaqlar görürdüsə, indi yaşlı qadınlar, gənc qızlar da dilənçiliklə məşğul olurlar.

© Sputnik / Irade JELIL
Bakı küçələrində dilənçilər

Məsələn, elə özünü "Sevda" deyə təqdim edən qız. Öz dillərində danışırdılar, danışdıqlarını tam anlamasam da, iki bacı Mətbuat prospektində avtomobillərin qarşısını kəsib pul istəyirdi.

Bacılar Yevlaxdan gəldiklərini dedilər. Sevdanın 16, bacısı Nigarın isə 12 yaşı var. Bakıda "İnşaatçılar" metrosu yaxınlığında anaları ilə kirayə yaşayırlar.

"Yevlaxda yaşayırdıq. İndi burada yaşayırıq", - deyən Sevda dilənməkdən utanmadığını bildirir.

Nigar isə bunu artıq iş kimi qəbul edib.

"Pulun yoxdursa, yemək ver, ətir ver, nə varsa ver. Acam, su da istəyirəm. Maşında nə var?" - deyə Nigar qapını açıb içəri girmək istəyir.

© Sputnik / Irade JELIL
Bakı küçələrində dilənçi

İşıqforun yaşıl işığı ilə yol açılır, Sevda və Nigar hərəsi yolun bir tərəfinə keçib yenidən qırmızı işığın yanmasını gözləyirlər.

Oxşar mənzərə Tbilisi prospektində də yaşanır. Burada işıqforun yanında yaşlı bir qadın durub, qırmızı işıq yanan kimi avtomobillərə yaxınlaşıb, çörək pulu istəyir.

Pulu isə ovcunda saxladığı dəsmala qoymağı xahiş edir. Düşünür ki, belə etməklə özünü koronavirusdan qoruya biləcək.

Nə qədər acınacaqlı olsa da, bu gün paytaxt küçələrində, metroların çıxışında, hətta yaşayış məntəqələrində gəzib dilənən yüzlərlə dilənçi və qaraçı var.

Cəfərova Ceyran əslən Ağdaşdandır. 48 yaşı var. Ancaq üzünə baxanda 60 yaş vermək olur. Sağlamlıq problemləri olan Ceyran dilənərək özünü saxlayır. Hazırda Binə qəsəbəsində kirayə yaşayır.

© Sputnik / Irade JELIL
Bakı küçələrində dilənçi

Nur isə Zağulbada yaşayır. Əslən Ağsudan olan Nur ailəsi ilə Bakıya köçür. Bir müddət sonra həyat yoldaşı onu qoyub gedir. Körpəsi ilə tək qalan qadın uşaq qucağında dilənməyə başlayır.

Xatırladaq ki, ötən il keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.

Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

5
Əlaqədar
Ağ günlərdə qara həyat yaşayanlar – Xəstəlik dövründə kimsəsizlərin aqibəti necədir?
Karantin əleyhinə mübarizənin Yevlax üsulu - FOTOLAR
Bakıda dilənçilər afrikalı futbolçunu soyublar
Yevlax "böhranı" cızıqdan çıxır: polisə xəsarət yetirdilər
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb
Bankomat qarşısında insanlar, arxiv şəkli

Növbədə gözləmə qaydaları açıqlandı

5
Tövsiyə olunur ki, evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyub, yaxud da spirt əsaslı məhlulla dezinfeksiya edəsiniz

BAKI, 4 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün növbədə gözləmə qaydalarını açıqlayıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, növbədə gözləyərkən digərləri ilə fiziki məsafə saxlanmalı, maska taxılmalı və əllə üzə toxunulmamalıdır. Mümkündürsə, istifadə etdiyiniz plastik kartı dezinfeksiyaedici nəm salfetlə silin. Evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyun və ya spirt əsaslı məhlulla dezinfeksiya edin.

5