Buludlu səma, arxiv şəkli

Qurban bayramını rayonlarda qeyd edənlər, ehtiyatlı olun: hava proqnozu açıqlandı

30
(Yenilənib 14:05 11.08.2019)
Bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 11 avqust — Sputnik. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq.

Dənizdə dalğalar, arxiv şəkli
© Sputnik / Yekaterina Chesnokova

Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti,dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.

30
Teqlər:
dolu, leysan, yağış, Qurban bayramı, Hava proqnozu, hava