CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn aydan bəzi işçilərin aylıq vəzifə maaşları belə olacaq - CƏDVƏL

© Sputnik / Murad OrujovМужчина прячет деньги в ящик комода, фото из архива
Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sahəsinin adları açıqlanıb

BAKI, 10 avqust - Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bu barədə Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində  çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaqdır.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Yeni Vahid Tarif Cədvəli belədir:

© Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiVahid Tarif Cədvəli
Gələn aydan bəzi işçilərin aylıq vəzifə maaşları belə olacaq - CƏDVƏL - Sputnik Azərbaycan
Vahid Tarif Cədvəli
Xəbər lenti
0