İmtahanın gedişi

Millət vəkili prokurorluğa qəbuldan danışdı: "Müstəsna xidmətləri var"

23
(Yenilənib 19:19 09.08.2019)
"Son illər ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizədə də prokurorluq orqanları öndədir"

BAKI, 9 avqust — Sputnik. Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, prokurorluq orqanlarında işə növbəti qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir.

Müsabiqə vakant 80 ştat vahidi üzrə elan edilib. İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər.

Milli məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq uzun illərdir ki, Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir: "Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul, əlbəttə ki, bu orqanda çalışan Azərbaycan gənclərində hüquq-mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəltmişdir. Bilirsiz ki, bu yaxınlarda möhtərəm prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsilə bağlı fərmanı da mövcuddur və prokurorluq orqanları həmışə olduğu kimi hüquq-mühafizə sahəsində islahatların önündədir. Biz əminik ki, şəffaf üsullarla prokurorluq orqanlarına işə qəbul olunan gənclər prokurorluqda şərəflə xidmət edəcəklər, insan hüquqlarının qorunmasında fəal iştirak edəcəklər".

"Ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında prokurorluq orqanlarının müstəsna xidməti vardır. Son illər isə ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizədə də prokurorluq orqanları öndədir. 

Və bir daha vurğulamaq istəyirəm ki, məhz belə şəffaf üsullarla həyata keçirilən test imtahanları yüksək peşəkarlığa malik olan yüksək bilik və bacarığı olan əməkdaşlar ölkəmizdə həyata keçirilən hüquqi islahatlara öz töhfələrini verəcəklər. Mən gənclərə uğurlar arzulayıram. Əminəm kü, ən biliklilər, ən bacarıqlılar öndə olacaq, prokurorluq orqanlarında işə qəbul olunacaqlar", - deyə millət vəkili bildirib.

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov deyib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir: "Bugünkü imtahanda 258 nəfər iştirak edib. Müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir".

23
Teqlər:
işə qəbul, test, imtahan, prokurorluq
Davud Hüseynov

COVID-ə yoluxan şəkilinin qısa macərası - FOTO

0
(Yenilənib 18:30 27.11.2020)
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

BAKI, 27 noyabr — Sputnik. Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına istinadla xəbər verir ki, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

© AR Ministry of Internal Affairs
Davud Hüseynov

Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun "Niva" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

0
Gənc qadın, arxiv şəkli

Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqlənib

2
(Yenilənib 18:16 27.11.2020)
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək

BAKI, 27 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamla "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək;

Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

2
Teqlər:
Milli Fəaliyyət Planı, mübarizə, məişət zorakılığı, Azərbaycan