CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumunda kadr dəyişikliyi oldu

CC0 / pxhere / Бизнесмен
Бизнесмен - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" İstehsalat Birliyində kadr dəyişikliyi olub

BAKI, 9 avqust — Sputnik. "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişikliyi olub. 

Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azəriqaz"dan söz: kart ala biləcəksiniz

Qurumdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub. Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Xəbər lenti
0