Bakı Dəmiryol vağzalı

Qatara bilet yoxdur - Bütün imkanlar səfərbər olunub

19
(Yenilənib 20:19 09.08.2019)
Ən çox tələbat Bakı-Böyük Kəsik, Bakı-Tbilisi, Bakı-Balakən istiqamətindədir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə daha çox üstünlük verirlər.

 Qurban bayramı ərəfəsi də sərnişin qatarlarına bilet satışının 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışının isə həmin vaqonlar qatara qoşulan gündən həyata keçirilməsinə başlanılıb. Amma artıq bu gündən qatara onlayn bilet almaq mümkün deyil. Sputnik Azərbaycan-a bu barədə sərnişinlər məlumat veriblər. Onların şikayətində bildirilir ki, Dəmiryolunun kassalarında da onlara bayram günləri üçün bilet satışı dayandırılıb. Buna səbəb isə bütün biletlərin satılmasıdır.

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova isə bildirib ki, Qurban bayramı yaxınlaşdığından və bu gün sonuncu iş günü olduğundan bayramı doğmaları ilə keçirmək istəyən sərnişinlərin sayı artıb: "Bu səbəbdən də gücləndirilmiş iş rejimində çalışan "Azərbaycan Dəmir Yolları" QSC qatarlara əlavə vaqonlar qoşub. Buna baxmayaraq, bu günə olan məlumata görə, bütün istiqamətlərə biletlərin hamısı satılıb. Ən çox tələbat Bakı-Böyük Kəsik, Bakı-Tbilisi, Bakı-Balakən istiqamətindədir".

N. Bayramova bildirib ki, bayram günlərində sərnişindaşıma ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC bütün imkanlarını səfərbər edib. Bundan sonra bayram günləri üçün əlavə bilet satışı mümkün deyil.

19
Teqlər:
dəmiryolu, istirahət, sərnişin qatarı, qatar, bayram günləri