Qaz ventili, arxiv şəkli

"Azəriqaz"dan söz: kart ala biləcəksiniz

17
(Yenilənib 18:17 09.08.2019)
Bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların yenidən aktiv olunması xidmətləri göstəriləcək

BAKI, 9 avqust — Sputnik. Qurban bayramı günlərində "Azəriqaz" İstehsalat Birliyinin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.

Qurumdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.

17