Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. Son günlərdə avtomobillərin dayanacaqda dayanan insanlara xəsarət yetirməsi halları artıb.
"Həyat" Beynəlxalq Humanitar Təşkilatı və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov problemin aktual olduğunu söyləyir.
Sputnik Azərbaycan-a bu barədə məlumat verən A. Allahverənov bildirib ki, aidiyyatı qurumlar məsələyə ciddi yanaşmalı və təcili təhlükəsizlik tədbirləri görməlidirlər: "Bu artıq neçənci hadisədir ki, hansısa avtomobil dayanacaqda duran insanlara xəsarət yetirir. Hesab edirəm, bu məsələ xüsusi nəzarətə götürülməli və təcili preventiv tədbirlər həyata keçirilməlidir. Məsələn, bir qədər əvvəl şəhərin müxtəlif yerlərində səki üzərində BNA tərəfindən təhlükəsizlik dirəklərinin quraşdırıldığının şahidi olduq. Təhlükəsizlik baxımından vacib elementdir və mən bunu xüsusilə alqışlayıram. Hesab edirəm ki, buna bənzər elementlərdən istifadə etməklə dayanacaqların da təhlükəsizliyi təmin olunmalıdır"."Şəxsən mən dayanacaqda avtobus gözləyəndə məhz bu səbəbdən adətən dayanacağın arxa tərəfində dururam. Amma bu, çıxış yolu deyil, çünki elə yağışlı, küləkli və qarlı havada da bu və ya digər danayacaqda durmaq məcburiyyətində oluram. Düşünürəm, təhlükəsizlik dirəklərinə bənzər elementlər dayanacaqlarda da tətbiq edilsə, bu ən azından orada duran insanların minimal müdafiəsini təmin etmiş olar. Odur ki, vaxt itirmədən və bu kimi növbəti yol nəqliyyat hadisəsini, insan itkisini və xəsarətini gözləmədən aidiyyəti strukturlar tərəfindən təcili təhlükəsizlik tədbirlərinə başlanılmalıdır".
Qeyd edək ki, belə hadisələrdən biri ötən gün "Gənclik" metrostansiyası yaxınlığındakı dayanacaqda baş verib. Avtomobil dayanacağa çırpılıb və dayanacaqda olan gənc oğlanla qızı vurub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı iş aparılır: "Son iki-üç gündə baş verən qəzalar bir daha bu dirəklərin vacibliyini ortaya çıxarır. Bildirim ki, avtobus dayanacaq pavilyonlarının ətrafında da təhlükəsizlik tədbirləri görüləcək".
BAKI, 22 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2610 nəfər müalicə olunaraq sağalıb, 2047 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 307 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 272 min 575 nəfər müalicə olunaraq sağalıb, 4274 nəfər vəfat edib. Aktiv xəstə sayı 31131 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 153 min 877 test aparılıb. Bugünkü test sayı isə 12542-dir.
Azərbaycan torpaqlarını işğal edərkən Ermənistan tərəfi məqsədyönlü şəkildə bu əraziləri minalayıb. Üçtərəfli atəşkəs bəyannaməsi imzalanandan bəri mina partlaması nəticəsində Azərbaycanın 20 mülki vətəndaşı və hərbçisi ölüb, daha 85 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sakinlər inanırlar ki, səbrlə bu ərazilərin minalardan təmizlənməsini gözləməlidirlər. Çünki Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları azad edilmiş ərazilərdə intensiv rejimdə işləyirlər.
Düşmən Tərtər bölgəsindəki Qapanlı kəndinin sakinlərini daim qorxu içində saxlamağa çalışaraq, bu illər ərzində həmin kəndə bütün növ silahlardan atəş açıblar, eyni zamanda təxribatçı qruplar oraya minalar yerləşdiriblər.
Mülki əhali "müharibənin əks-sədası"ndan əziyyət çəkməyə və ölməyə davam edir. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini nəzərə alsaq, bütün bu torpaqların minalardan tamamilə təmizlənməsini hələ uzun müddət gözləmək lazım gəlir.