Azəriqaz İB

Bayram günlərində onlar da işləyəcəklər

21
(Yenilənib 15:32 09.08.2019)
"Azəriqaz" İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

BAKI, 9 avqust — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi Qurban bayramı münasibətilə 12 və 13 avqust 2019-cu il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə zəruri tədbirlər həyata keçiriləcək. Bundan başqa, 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "Çağrı Mərkəzi"nin fəaliyyəti də gücləndiriləcək. Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz İstismar Sahəsi, Regional Qaz İstismar İdarələri və xidmət sahələrində sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz" İB bütün Azərbaycan Xalqını Qurban bayramı münasibətilə təbrik edir!

21
Teqlər:
bayram, "Azəriqaz" İB, qaz
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

6
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

6

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

40
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

40