CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan Sarayı dəvət edir

© AZƏRTACŞəki Xan sarayı
Şəki Xan sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir

BAKI, 9 avqust — Sputnik. Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib. Bu barədə Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Xəbərdə bildirilir ki, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.

Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəki Xan Sarayında xəsarət alan son xəstənin durumu - AÇIQLAMA

Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir. Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü. Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanmışdı. Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.

Xəbər lenti
0