CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır qəza paytaxta gələn əsas yollardan birini bağlayıb

© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Manevrlər qəza şəraiti yaratdığından, üstəlik yollarda hava şəraiti ilə əlaqədar sürüşkənlik olduğundan 525 saylı sərnişin avtobusu qarşıdakı tur şirkətinə məxsus avtobusa çırpılıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Səhər saatlarında Xırdalan qəbiristanlığının yanında iki avtobus toqquşub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, 525 saylı sərnişin avtobusu tur şirkətə məxsus avtobusu vurub: "Qəzanın törənməsində günahkar turizm şirkətinə məxsus avtobusunun sürücüsü olub. Belə ki, tur şirkətinə məxsus avtobusun sürücüsü sıxlıqdan çıxmaq üçün manevrlər edib. Manevrlər qəza şəraiti yaratdığından, üstəlik yollarda hava şəraiti ilə əlaqədar sürüşkənlik olduğundan 525 saylı sərnişin avtobusu qarşıdakı tur şirkətinə məxsus avtobusa çırpılıb. Hazırda DANX-nın və Daxili İşlər Nazirliyinin Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerindədir. Baş vermiş hadisə zamanı heç kəs xəsarət almayıb. Hazırda qəzanın baş vermə səbəbi araşdırılır".

Qeyd edək ki, qəza səbəbindən yolda tıxac yaranıb, Sumqayıt-Bakı yolu bağlanıb.

Xəbər lenti
0