CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyahətə gedənlər aeroportda qaldılar - Onların bileti saxta imiş

© © AZAL mətbuat xidmətiHeydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hansı müştəri təcrübəlidirsə, səfərə çıxmamış aeroporta zəng edərək uçuş saatını dəqiqləşdirir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Sosial şəbəkələrdə insanlara saxta tur paket satan "Dəniz Travel" barədə məlumat yayılıb. Yayılan məlumatlara görə, bu şirkət tərəfindən pulları əvvəlcədən alınan sərnişinlər aeroportda qalıblar. Onların nə otelləri var, nə də aviabiletleri...

Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanı turizm sahəsində aparıcı ölkələrdən birinə çevirmək olar

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) icraçı direktoru Əhməd Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Dəniz Travel" barədə turistlərdən bu günədək onlara üç şikayət daxil olub. Ə. Qurbanov bildirib ki, müştərilər bu şirkətdən tur paket alsalar da, səfər vaxtı aldıqları biletin saxta olduğunu anlayıblar. Məlum olub ki, şirkət əslində heç bir otellə əməkdaşlıq etmir. Ə. Qurbanov bildirib ki, "Summer Tour" turoperatoru fevral ayından etibarən "Dəniz Travel" şirkətinə sistemə giriş qadağası qoyub: "Ona görə də "Dəniz Travel" sistemə girişi olan başqa turizm şirkətləri vasitəsilə bu işi görüb. Hansı müştəri təcrübəlidirsə, səfərə çıxmamış aeroporta zəng edərək uçuş saatını dəqiqləşdirir. Bu zaman məlum olur ki, onun adına bilet alınmayıb. Təcrübəli turistlər otellə də əlaqə saxlayıb adlarına yer bron edilib-edilmədiyini soruşurlar. Bu zaman üzə çıxır ki, şirkətin satdığı tur paket saxtadır, yoxsa yox. Saxta olduqda oteldən turistə məlumat verilir ki, onun adına yer bron olunmayıb. "Dəniz Travel"dən və digər bir neçə fırıldaqçı turizm şirkətindən bizə şikayətlər daxil olub. Araşdırdıqda biletin saxta olduğu üzə çıxıb".

Sputnik Azərbaycan "Dəniz Travel"lə əlaqə saxlamağa cəhd edib. İnternetdə bu şirkətin adıyla bağlı olan bir neçə əlaqə nömrəsi çıxıb. Məlum olub ki, oxşar adla iki şirkət var - bunlardan birinin adında "ə" hərfi, digərində isə "e" hərfindən istifadə olunub. 

Şəki turistləri nə ilə sevindirir  - Sputnik Azərbaycan
VİDEO
Şəki turistləri nə ilə sevindirir
"Deniz Travel" MMC-dən bildiriblər ki, müştərilər də şirkətlərin adı oxşar olduğundan saxtakarlığa əl atan "Dəniz Travel"lə onları səhv salırlar. "Deniz Travel" MMC-nin rəhbəri Eldəniz Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, saxtakarlıq edən şirkətin adı onların şirkətinə bənzəyir: "Bizim şirkət "Deniz Travel" MMC-dir. Müştərilərin şikayət etdiyi isə "Dəniz Travel"dir. Bizim ofisimiz Xətaidə, onların ofisi İçərişəhərdə yerləşir. Otellərdən də neçə gündür ki, zəng edib Azadə adında bir qadını axtarırlar. Biz də onlara başa salırıq ki, Azadə adlı xanımın işlədiyi şirkət tamamilə başqadır. Əlbəttə, bu bizim də imicimizə zərər vurur. İnsanlar bir hərfə görə bizə zəng edirlər. Bizim bazarda öz müştərilərimiz var. Heç kəsi də aldatmamışıq".

Sputnik Azərbaycan-ın əməkdaşı "Dəniz Travel"lə əlaqə saxlamağa cəhd etsə də, əlaqə nömrələrindən heç kəs cavab verməyib. Qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq.

Xəbər lenti
0