CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlan "28 Mall"a necə daxil olub? - Açıqlama

© Sputnik / Murad OrujovТорговый центр 28 Mall
Торговый центр 28 Mall - Sputnik Azərbaycan
Abunə olmaq
Biz güman edirik ki, ilan hansısa avtomobilin altında Ticarət Mərkəzinə gəlib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. "28 Mall" ticarət mərkəzinin parkinqində ilanın olduğunu əks etdirən görüntülər insanlar arasında təşvişə səbəb olub. Videogörüntünü izləyən hər kəs ilanın ticarət mərkəzinə necə daxil olduğu ilə maraqlanır.

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirmək məqsədilə PAŞA İnşaat Ticarət Mərkəzlərinin Marketinq meneceri Nuranə İsgəndərova ilə əlaqə saxlayıb. N. İsgəndərova deyib ki, ilanın ticarət mərkəzinə necə daxil olması onlar üçün də naməlumdur: "Çünki ticarət mərkəzində ayda iki dəfə zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlama işi aparılır. Ticarət Mərkəzində fəaliyyət göstərən ərzaq mağazalarının və restoranların isə sertifikatı var. Biz güman edirik ki, ilan hansısa avtomobilin altında Ticarət Mərkəzinə gəlib. Çünki ilana parkinqdə rast gəlinib. Dərhal da ilan tutulub".

Xəbər lenti
0